44 günlük hərbi əməliyyatların uğur sirri nədir?

XTQ və dronlarla bağlı məsələləri kənara qoyaq, onlar həlledicidirlər. Amma Azərbaycan SQ-nun hücumları hansı səbəbdən qısa müddətdə belə uğurla başa çatdı?

Belə görünür, hər şey hücum ərazisindən asılı olub. Böyük ehtimalla iki paralel hücum əməliyyatı planı üzərində iş gedib. – Ağdərə və Ağdam istiqamətində hücum;- Füzuli istiqamətində hücum.Bu planlardan birincisinin başında SQ BQ rəisi Nəcməddin Sadıkov, digərinin isə başında isə digər (adları qeyri-məlum) şəxslər olub.

Belə görünür, N.Sadıkovun ikinci plandan ümumiyyətlə, xəbəri olmayıb. Hakimiyyət belə bir vəziyyətdə N.Sadıkovun əməliyyat planına (Ağdam və Ağdərə istiqamətində hücum) qəsdən sona qədər dəstək verib. Bu vəziyyətdə erməni tərəfinə sızdırılan informasiyalar, onların mənbələri bizim nəzarətimiz altında olub. Erməni tərəfinə sızdırılan informasiyalar nəticəsində onlar da məhz Ağdam və Ağdərə tərəfdən hazırlaşıblar hücumu dəf etməyə. Bütün hərbi qüvvələrini oraya cəmləyiblər. Son saatlara qədər vəziyyət belə qalıb.

İkinci plan işə düşəndə, yəni bizimkilər Füzuli, Cəbrayıl istiqamətdə hücuma başlayan kimi DTX N.Sadıkovun və komandasının fəaliyyətini tam təcrid edib. Amma o da ola bilər ki, N.Sadıkova bütün bu əməliyyat zamanı oynayacağı rol barədə əvvəlcədən xəbər verilib.

Cəsur Sümərinli (facebook statusu)

Hinterlasse einen Kommentar