Yenilənib! 2019-cu ildə Ermənistan 32 hərbçisini itirib – STATİSTİKA

2019-cu ildə (iyul ayının 26-dək) Ermənistan Silahlı Qüvvələrinin (o cümlədən Azərbaycanın işğal altında olan ərazilərindəki erməni hərbi qüvvələrinin) ən azı 32 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 2-i döyüş, 30 nəfəri isə qeyri-döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSI) erməni mediasına və rəsmi şəxslərinə istinadən məlumat yayıb .

2 hərbçi Azərbaycan tərəfinin atəşindən, 13 nəfərsə ölümcül hadisələrdən (əksəriyyət etibarilə avtomobil qəzaları) dünyasını dəyişib. Bundan başqa 4 nəfər intihar edib, 5 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 6 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. 2 nəfər təhlükəsizlik qaydalarının poyulması səbəbindən (və ya səhlənkarlıq) dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 9-u mükəlləfiyyətli əsgər, 15 nəfəri müqaviləli, 5-i zabit, 3-ü isə kiçik zabitdir. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 14-ü Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 18-i isə Ermənistan ərazisində baş verib. Erməni mətbuatının məlumatına görə, 32 hərbi qulluqçudan 13-nün ölümü hərbi xidmətlə, 19-nun isə hərbi xidmətlə əlaqəli olmayan şəraitdə baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 22 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. Belə ki, 10 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 4 nəfər qeyri-nizamnamə hadisələrindən, 5 nəfər bədbəxt hadisədən, 3 əsgərsə cəbhə xəttində yaralanıb.

Xatırtladaq ki, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrinin 45 hərbi qulluqçusu dünyasını dəyişmişdi. Dünyasını dəyişənlərin 7-i döyüş, 38 nəfəri isə qeyri-döyüş itkisi idi.

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvana yaza bilərlər:

Email: caspiandefense@gmail.com

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Hinterlasse einen Kommentar