2018-ci ilin ilk yarısında 15 hərbi qulluqçu dünyasını dəyişib – STATİSTİKA

2018-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 15 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 3 nəfəri döyüş, 12 nəfəri isə qeyri döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verir.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 3 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 2 hərbçi xəstəlik nəticəsində, 1 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 3 nəfər naməlum hadisə səbəbindən, 3 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 1 nəfər avto-qəzadan, 2 nəfərsə mina partlayışından dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 1 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 10 nəfəri əsgər, 2 nəfəri gizir, 2 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 14 nəfəri Müdafiə Nazirliyinin, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar. Müdafiə Nazirliyi ölüm hadisələrinin 9-ü barədə hər hansı açıqlama verməyib.

Ötən dövrdə ümumilikdə 2 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Bir nəfər əsgər yoldaşı tərəfindən xəsarət alıb, digər əsgərsə sərhəd pozucuları ilə mübarizədə yaralanıb.

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvanlara yaza bilərlər:

Email: caspiandefense@gmail.com

WhatsApp əlaqə nömrəsi: +49 1520 3983739

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden /  Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden /  Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden /  Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden /  Ändern )

Verbinde mit %s