6 ayda 38 hərbi qulluqçumuz dünyasını dəyişib – STATİSTİKA – yenilənib

2017-ci ilin ilk yarısında Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 38 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 16 nəfəri döyüş, 22 nəfəri isə qeyri döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verir.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 3 hərbçi xəstəlik nəticəsində, 4 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyasını dəyişdiyi bildirilir. 7 nəfər naməlum hadisə səbəbindən, 3 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 3 nəfər avto-qəzadan dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 13 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 17 nəfəri əsgər, 1 nəfəri gizir, 7 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 33 nəfəri Müdafiə Nazirliyinin, 4 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Daxili Qoşunların hərbi qulluqçuları olublar.

Dünyasını dəyişən hərbçilərdən 4 nəfərinin adı „Cəsus qalmaqalı“ ilə bağlıdır, onlar barədə sosial şəbəkələrdə və eyni zamanda online mediada məlumat yayılıb.

Ötən dövrdə ümumilikdə 3 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 2 hərbçi erməni gülləsindən yaralanıb, 1 hərbçi isə avto-qəza nəticəsində xəsarət alıb.

Hərbi ilə bağlı məsələlər səbəbindən ötən dövrdə azı 5 dinc sakin həlak olub. Bir nəfər mina partlayışından, 4 nəfərsə naməlum səbəblərdən həyatını itirib. Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvanlara yaza bilərlər:

Email: caspiandefense@gmail.com
WhatsApp əlaqə nömrəsi: +491738570564
Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s