„Vətənə xəyanət“ ittihamı: „Ortada hansısa fərqli bir həqiqət var“ . Cəsur Sümərinli

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli son zamanlar Azərbaycan Silahlı Qüvvələrində baş verənlərlə bağlı İnsan Hüquqları Klubunun „Hüquq Müdafiəçisi ilə söhbət“ verilişində jurnalist Kamran Mahmudovun suallarını cavablandırıb. „Vətənə xəyanət“də ittiham olunanlar“ mövzusunda baş tutan müsahibənin videosunu, həm də C.Sümərinlinin cavablarını yazılı formada təqdim edirik.

„İlk olaraq onu bildirim ki, hər hansı məhkəmə qərarı olmadan istənilən şəxsi, o cümlədən hərbçini nədəsə ittiham etmək, ona “vətən xaini” damğası vurmaq yolverilməzdir və hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları məhz bu halların qarşısını almaq üçün çalışmalıdırlar. Maraq doğuran hal ondan ibarətdir ki, hüquq-mühafizə orqanlarının bəyanatının açıqlandığı vaxtdan təxminən 3 həftəyə yaxın vaxt keçib və bu müddətdə cəmiyyət sirli şəkildə hadisələrlə bağlı informasiya blokadasına alınıb. Nəzərinizə çatdırım ki, orduda sözügedən araşdırmalar mart ayının əvvəllərindən başlanılıb. Bir sıra mənbələrə görə, bunun səbəbi fevral ayının sonlarında Azərbaycan ordusunun cəbhə xəttində uğursuzluğa düçar olması idi. Bu araşdırmaların nəticəsində martın sonlarında Silahlı Qüvvələrin Baş Qərargahından 20-dən artıq yüksək rütbəli zabitlər, hətta generallar vəzifəsindən çıxarıldılar. Bunun ardınca isə cəbhə xəttində, xüsusilə də Tərtər istiqamətində araşdırmalar həyata keçirildi. Yəni təxminən 3 aydır ki, orduda kəskin araşdırmalar, yoxlamalar gedir və bu dövrdə Silahlı Qüvvələrin bütün şəxsi heyəti basqı və təzyiq içərisindədir. İstənilən zaman istənilən şəxsi həbsə atmaq, həyatını puç etmək təhlükəsi yaranıb. Çox həssas bir məsələdir və az da olsa ümidimiz var ki, Təhlükəsizliyimizin qarantı olan ordumuz bu hadisələrdən sağ-salamat çıxacaq.
İkinci sualınıza gəlincə isə, bildirim ki, son hadisələri narahatlıqla qarşılayıram. Müxtəlif mənbələr 100-lərlə hərbi qulluqçunun həbs olunduğu, dindirildiyi, istintaq altında saxlanıldığını bildirirlər. Bir neçə hərbi qulluqçunun hətta öldürüldüyü barədə məlumatlar yayılıb. Umumi formalaşmış yanaşma ondan ibarətdir ki, bu hərbi qulluqçular vətənə xəyanət etdiyi üçün öldürülüblər. Zatən 2003-cü ildən bu yana Azərbaycan hərbisində baş verən itkilərin statistikasını aparırıq və bu müddətdə yüzdən artıq hərbi qulluqçunun naməlum şəraitdə öldüyü və ya öldürüldüyü barədə məlumatlar mətbuatda əksini tapıb. Yüzlərlə hərbi qulluqçu intihar edib və ya öldürülüb və bütün bunların əsl səbəbləri cəmiyyətdən gizli saxlanılıb. İndi isə daha ciddi hadisələr baş verir. Təsəvvür edin ki, hərbçilər öldürülür və basdırılır. Onların valideynlərinə, qohum-əqrəbalarına danışmamaq göstərişi verirlər. Mediaya xəbərdarlıq edirlər ki, bu barədə hər hansı məlumat yaymasınlar. Eyni zamanda rəsmi qurumlar özləri də hər hansı açıqlama vermirlər. Həbs olunanlar, öldürülənlərlə bağlı məhkəmə prosesinin keçirilməsini tələb edən hüquq müdafiəçiləri, siyasi fəallar təhdid, təzyiq və təhqirlərə məruz qalırlar. Bütünlükdə bütün ölkədə qorxu mühiti yaradırlar. Bununla yanaşı rəsmi qurumlar ölənləri və həbs olunanları hər hansı məhkəmə qərarı olmadan “vətən xaini” adlandıran müxtəlif şəxslərin, iqtidaryönlü medianın fikirlərinin, açıqlamalarının yayılmasında maraqlı görünürlər.

Sual oluna bilər ki, niyə maraqlı görünürlər? Ona görə ki, həqiqətlərin açıqlanmasından qorxurlar. Yenə də bildirirəm ki, kiminsə hansısa cinayəti törətməsi hüquq-mühafizə orqanlarına, bütünlükdə hakimiyyətə əsas vermir ki, onu hər hansı yollasa aradan götürsün, öldürsün və zülmə məruz qoysun. Kimsə vətənə xəyanət edibsə, o, əsl məhkəmə qarşısına çıxarılmalı, günahları həqiqətən sübut edilməli və layiq olduğu cəzaya məhkum edilməlidir. Azərbaycanda ölüm cəzası çoxdan ləğv olunub. O səbəbdən hərbçiləri öldürənləri də aşkarlayıb cəzalarını vermək lazımdır. Ordu xalqındır, orda olan problemlər xalqa bəlli olmalıdır və günahkarlar ali qanun qarşısında cəzasını almalıdırlar. Əgər hakimiyyət bu haqda nəsə danişmaq, tədbir görmək həvəsində deyilsə, deməli ortada hansısa fərqli bir həqiqət var və həmin həqiqət gec-tez hamıya bəlli olacaq.

Onu da bildirim ki, Azərbaycan ordusunda baş verənlər, zorakılıqlar yəqin ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının yeni bəyanatlarında əksini tapacaq. Çox təəssüf ki, həbsə atılan, öldürülən zabitlərimizin müdafiəsi üçün beynəlxalq hüquq müdafiə təşkilatlarının üzərinə böyük iş düşəcək. Çünki onların başına gələnlərin araşdırılması üçün yerli imkanlar məhduddur və getdikcə tükənir“.

24 may 2017

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s