„Vətən xainliyi“ ilə bağlı populist bəyanatın arxasında nə durur?

Cəsur Sümərinli, Xəzər Hərbi Tədiqiqatlar Institutunun rəhbəri

Hesab edirəm ki, 4 güc qurumunun orduda araşdırmalara başlamasının əsas iki səbəbi var: birincisi, hakimiyyət ordunu əvvəlkitək idarə edə bilmir, ordu idarəetməsindəki böhran maksimum həddinə çatıb, ona göre ordu strukturlarının rekonstruksiyasi – yəni yenidən qurulması hədəfi var.

Ikincisi, hakimiyyət hazırda aparılan araşdırmalar yolu ilə hakimiyyət qruplaşmalarının maraqlarina uyqun gelmeyen shexslerin vezifeden chixarilmasi, hebs edilmesi ve s. planlashdirir.

Hesab etmirem ki, vetene xeyanet iddiasi, herbcilerimizin ermenilere xeber oturmesi ve s. kimi hallar hakimiyyetin hazırkı arashdirmalara bashlamasina sebeb olub. Ona gore ki, muxtelif ölchulu anoloji hallara ateshkes illerinde hemishe rast gelinib ve her ilin sonunda MTN-nin hesabatlarinda kimlerinse “vetene xeyanet” halina gore hebs olunmasi melumatlari eksini tapib ve ekser hallarda bu kimi shexslerin kimliyi cemiyyetden gizledilib.

Xeyli sayda herbi qulluqchunun ve mulki shexsin dushmene ishlemesi barede gurultulu beyanat vermek ve bununla orduda, eyni zamanda butun cemiyyetde ajiotaj yaratmaq hazirki meqamda Azerbaycanin milli tehlukesizlik maraqlarinin tam eksine olan bir hereketdir. Bu, cemiyyetde ve orduda movcud olan az-chox vetenperverlik hissine boyuk bir zerbedir. Ister Qarabaq munaqishesi illerinde, isterse de munaqisheden sonraki 23 illik ateshkes dovrunde hec bir zaman bele bir hal tekrarlanmayib. Dunyanin hech bir munaqishe sheraitinde olan olkesinde veten xainliyi ile baqli bele populist beyanatlarin verilmesi halina rast gelinmeyib. Bu, sadece qebul edilen mesele deyil. Bu, sadece dovletin esas qolu olan orduya bilerekden zerbe vurmaqdi, cemiyyetde ordunun nufuzunu mehv etmekdi..

Sual oluna biler: ordudaki herbi sirrin dishmen terefe oturulmesi imkanlari ne qederdir? Cavabinda onu deye bilerem ki, bele hallar hemishe olub, bir chox hallarda dediyim kimi, kiminse hebs olunduqu barede informasiyalara MTN-in melumatlarinda rast gelirdik.

Amma, bir qeder arashdirsaq, gorerik ki, Azerbaycan Silahli Quvvelerinin rehberliyinin „herbi sirri qorumaq“ kimi ohdeliye nece emel etmelerinin ozu sual doqurur. Mudafie Naziriliyinin rehberliyinde temsil olunan butun generallar Rusiya herbi tehsil muessiselerinin mezunlaridir ve onlarin ekseriyyetinin Rusiyadaki hemkarlari ile six munasibetlerinin davam etdirmesi barede metbuatda hemishe suallar derc olunub. SQ Bash Qerargah reisi Necmeddin Sadikov bu kontekstde daha „meshur“dur ve umumilikde Azerbaycan Silahli Quvvelerinin quruculuq prosesi, maddi-texniki teminati, taktiki ve strateji planlar ve s. ile baqli Baki ve Moskva arasinda hemishe meslehetleshmelerin aparildiqi barede fikirler yayilib. Mehz bunun neticesinde de Azerbaycan terefi NATO ile siyasi-herbi meslehetleshmeleri, doktrinal senedlerin hazirlanmasi prosesini texire salib.

Aydindir ki, Rusiya Ermenistanin herbi-strateji muttefiqidir ve bu, 3-4 ikiterefli ve choxterefli herbi muqavilede eksini tapir. Bele bir veziyyetde Rusiyanin Azerbaycandan elde etdiyi melumatlari Ermenistanla bolushmeye sade dille desek borcludur. Azerbaycanin Rusiyadan aldiqi chox milyardliq silah ve herbi texnikanin Ermenistana qarshi istifade edilmeyeceyine dair Bakinin qeyri-resmi ohdelik goturmesi barede de melumatlar var. Bele olan teqdirde, Azerbaycan ordusunun daxilinde herbcilere qarshi ireli surulen „herbi sirr oturmek“ iddiasinin ciddiliyine ve miqyasina nece inanmaq olar?

Hesab edirem ki, bu bir oyundur ve beledirse, onda sual oluna biler ki, meqsed nedir? Ortada olan melumatlardan gorunur ki, maliyye, iqtisadi imkansizliq ile uzleshen hakimiyyet „budcenin esas yeyicisi“ olan ve idareetmesinde ciddi problemlerle uzleshdiyi orduda hansisa deyishikliklere bashlamaq niyyetine dushub. Bunu saqlam qaydalarla heyata kecirmek gorunur hakimiyyet uchun chetin olacaqdi, mueyyen shexsler etiraz ede bilerdi. Silahli shexslerin etirazi hakimiyyet uchun chixilmaz veziyyet yarada bilerdi. Ona gore de, boyuk ehtimalla planlashdirilan deyishikliklerin qorxu, tezyiq ve hebs altinda heyata kecirmek plani var. Bu yolla, kim etiraz etse, ona qarshi „ermeniye ishlemek“ iddiasi qaldirila biler.

Bes orduda veziyyet umumilikde necedir? Son prosesler onu gosterir ki, Silahli Quvvelerin idareciliyinde uzun illerdir movcud olan bohran veziyyeti davam edir. Herbi qulluqcularin sosial teminati, yashayish sheraiti chox ashaqi seviyyededir. Mamatin deyerini itirmesinden sonra veziyyet acinacaqli halini alib. Herbi qullquchular arasinda munasibetler gergin olaraq qalir, qeyri-nizamname hallari artan xetle davam edir. Her il onlarla herbi qulluqchu sui-qesdin, zorakiliqin qurbani olur ve butun bunlara qarshi her hansi ciddi tedbir gorulmur. Korrupsiya ve rushvetxorluq hallari var, parlament ve umumilikde, cemiyyet qarshisinda her hansi hesabatliliq yoxdur. Herbi qulluqchularin huquqlarinin sixishdirilmasi, onlarin karyera imkanlarinin engellenmesi, tanishliq, qohumbazliq ve s. neqativ hallar davam edir. Teessufler olsun ki, bunlarin aradan qaldirilmasi istiqametinde her hansi tedbirler hele de gorulmur.

Ustelik herbi qurumun rehberliyinde zaman-zaman fikir ayriliqlarinin olduqu bildirilir. Sohbet konkret olaraq Mudafie naziri Zakir Hesenov ve Silahli Quvvelerin Bash Qerargah reisi Necmeddin Sadikovun esas fiqurlari olduqlari Pashayevler ve Mehdiyevler arasindaki munaqisheden gedir. Bezi melumatlardan onu gormek olar ki, Prezident Adminstrasiyasi – konkret desek Ramiz Mehdiyevin destesi Necmeddin Sadikovu, Pashayevler destesi ise Zakir Hesenovu destekleyir.

Mehriban Eliyeva vitse-prezident teyin olunduqdan sonra ise hakimiyyetde Pashayevlerin movqeleri bir daha guclendi ve neticede Necmeddin Sadikovun destesi tezyiq altinda salindi. Neticede biz ne goruruk? – bir neche hefte once Silahli Quvvelerin Bash Qerargahindan 20-den artiq yuksek rutbeli generallar, zabitler muxtelif esaslarla ordudan chixarildilar. Onlarin hamisi Sadikovun saq elleri idi ve bu Bash Qerargahin silkelenmesi anlamina gelirdi. Indi ise Mudafie Nazirliyinde kutlevi yoxlamalara start verilib. Herbi Prokurorluqun, Dovlet Tehlukesizlik Xidmetinin ve Daxili Ishler Nazirliyinin emekdashlari butun herbi hisseleri yoxlayir, herbi qulluqchulari sorqu-suala tutublar.

Boyuk ehtimalla bu yoxlamalarin sonunda hakimiyyet Silahli Quvvelerin yeniden rekonstruksiyasi haqqinda qerar verecek. Qerarin neticesinde hazirda Mudafie Nazirliyinde vezife tutan choxsayli generallar, zabitler vezifelerini itirecekler, Necmeddin Sadikov da hemchinin.

Amma bu proses butovlukde Azerbaycan ordusuna fayda verecekmi? Tam eminlikle deye bilerem ki, xeyr. Proqnozum ondan ibaretdir ki, hazirda orduda aparilan arashdirmalarin neticesinde xeyli sayda peshekar zabitin de vezifesini itirmesi tehlukesi var. Orduda indiyedek soz sahibi olan bir qruplashmanin yerini diger qruplashma tutacaq. Rushvet ve korrupsiyanin idare olunmasi uzre aqirliq merkezi deyishilecek.

Azerbaycan ordusunun saqlam geleceyi muqavileli ordu ile baqlidir. Bu ordu indiki kimi korrupsiya meqsedile shishirdilmish olmamalidir. Ordudaki herbcilerin huquqlari qorunmali, onlarin karyera imkanlarina sherait yaradilmalidir. En esasi korrupsiya ve rushvetxorluq, qruplashma maraqlari yox olmalidir. Ordu hesabatli olmalidir ve orda bash verenler baresinde cemiyyet, parlament hemishe xeber tutmalidir. Ordu ish yeri olmali ve orada ishlemek uchun hemishe reqabet olmalidir. Chunki, orduda maashlar, sosial teminat yuksek olmalidir...

12 may 2017

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s