2017-ci ildə Azərbaycan 19 hərbçisini itirib – STATİSTİKA

2017-ci ilin ötən müddətində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 19 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 12 nəfəri döyüş, 7 nəfəri isə qeyri döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verir.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 2 hərbçi xəstəlik nəticəsində, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyasını dəyişdiyi bildirilir. 1 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 9 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 8 nəfəri əsgər, 2 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə ümumilikdə 2 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Həmin hərbçilər erməni gülləsindən yaralanıb.

Qeyd: 24-25 fevral tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var.

Ötən dövrdə azı 1 dinc sakin həlak olub. Həmin şəxs mina partlayışında həyatını itirib. Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvanlara yaza bilərlər:

Email: caspiandefense@gmail.com

WhatsApp əlaqə nömrəsi: +491738570564

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s