305 hərbçi dünyasını dəyişib – Cənubi Qafqazda – MÜQAYİSƏLİ STATİSTİKA

Xəzər“ Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Azərbaycan, Gürcüstan və Ermənistanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (noyabrın 20-dək) 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 305 hərbi qulluqçusunu itirib. Onların 216 nəfəri atəşkəs pozuntusu (o cümlədən mina partlayışı), 89 nəfəri isə qeyri-döyüş itkiləridir.

south-caucasus

Qeyd: Döyüş itkiləri əsasən aprelin 2-5-də Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində aparılan hərbi əməliyyatlar zamanı ortaya çıxıb. Mətbuatda dərc olunan məlumatlara görə (adlı siyahı üzrə), həmin hərbi əməliyyatlarda (2-5 aprel) Azərbaycan tərəfi 92, Ermənistan tərəfi isə 77 hərbi qulluqçusunu itirib. Hər iki tərəfin müvafiq dövr üçün hərbi itkilərinin daha çox olması ehtimalı var. Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri qarşılıqlı olaraq qarşı tərəfin daha çox hərbi itki verdiklərini iddia edir.

Qeyd: Aprelin 2-5-də baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan və Ermənistana aid xeyli sayda hərbi qulluqçu məhz mina partlayışından dünyasını dəyişib və ya yaralanıb. Bu istiqamətdə dəqiq, adlı məlumatları tam aydınlaşdırmaq mümkün olmayıb. Hələlik ortada bütün itkiləri əks etdirəcək rəsmi statistika yoxdur.

Azərbaycan

Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 144 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 108 nəfəri döyüş, 36 nəfəri isə qeyri döyüş itkisidir.

Silahlı Qüvvələrin 108 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub (bəziləri mina partlayışından dünyasını dəyişib). Bundan başqa 3 hərbi qulluqçu avtomobil qəzası, 5 hərbçi xəstəlik nəticəsində, 10 nəfərin intihar etdiyi, 3 nəfərin ehtiyatsızlıqdan, 5 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 8 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 3 nəfərin isə naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Dünyasını dəyişənlərin 82 nəfəri əsgər, 18-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12 gizir, 32 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 139 nəfəri Müdafiə Nazirliyinin, 2-i Daxili Qoşunların, 1-i Ədliyyə Nazirliyinin, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə ümumilikdə 56 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 48 hərbçi erməni tərəfinin gülləsindən yaralanıb, 5 nəfər minaya düşüb. bundan başqa bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb. Bir nəfər əsgərsə ağır vəziyyətdə hospitala yerləşdirilib. Onunla bağlı Müdafiə Nazirliyinin açıqlaması yoxdur.

Qeyd: 2-5 aprel tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var. Bu istiqamətdə hər hansı rəsmi statistika yoxdur.

Ötən dövrdə ən azı (aprel ayı ərzində) 18 dinc sakin həlak olub, 26 nəfər yaralanıb. Belə ki, Tərtərdə 16 nəfər, Ağdamda 2 dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub. Tərtərdə 7 nəfər, Ağdamda isə 1 nəfər yaralanıb.

Ermənistan

Ermənistan Silahlı Qüvvələrinin 155 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 108-i döyüş, 47 nəfəri isə qeyri-döyüş itkisidir.

108 hərbçi Azərbaycan tərəfinin atəşindən (eyni zamanda mina partlayışından), 11 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 10 nəfər intihar edib, 20 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 4 nəfərsə bədbəxt hadisə (elektrik cərəyanı və naməlum səbəblər) nəticəsində dünyasını dəyişib. 2 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 25-i zabit, 28 nəfəri müqaviləli əsgər, 102 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 114-ü Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 41-i isə Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 160 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 8 hərbi qulluqçusu (müqaviləli əsgərlər) avtomobil qəzasında xəsarət alıb, 3 nəfər bədbəxt hadisədən. 149 əsgərsə cəbhə xəttində yaralanıb.

Qeyd: 2016-cı il ərzində ümumilikdə 20-yə yaxın erməni könüllüsü cəbhə xəttində həlak olub, 15 könüllü yaralanıb.

Gürcüstan

Müvafiq dövrdə Gürcüstan ordusunun 6 hərbi qulluqçusu dünyasını dəyişib.

Bir nəfər H1N1 virusundan, 3 nəfər bədbəxt hadisədən, 2 nəfər avtomobil qəzasından dünyasını dəyişib. Onların 1 nəfəri mayor rütəsində, qalan 5 nəfəri isə əsgər olublar. Hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçularıdırlar.

Qeyd: Gürcüstan Silahlı Qüvvələrində hərbi itkilərin statistikasının fərqli olması istisna deyildir. Bu istiqamətdə araşdırmalar davam edir.

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvanlara yaza bilərlər:

Email: caspiandefense@gmail.com

WhatsApp əlaqə nömrəsi: +491738570564

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s