Arif Yunus: „Avetyanın səfəri uğursuz oldu. Heyf…“

„Mən həmişə “xalq diplomatiyasının” tərəfdarı idim, özüm son 20 il ərzində hər il Ermənistana beynəlxalq tədbirlərə gedirdim (sonuncu dəfə 2014-cu ilin fevralında). Və bü gün də hesab edirəm ki, hər iki xalqın nümayəndələri tez-tez görüşməlidirlər. Çünki müharibə variantı 1994-cü ildə “Əsrin müqaviləsi“ndən sonra bitib, regiona dünyanın əsas onuncular gəldilər və artıq biz ermənilər ilə böyük siyasətin xırda „peşka“sıyık. Ona görə münaqişə sülh yolu ilə həll olunmalıdır“. Bunu Facebook səhifəsində keçmiş siyasi məhbus, konfliktoloq Arif Yunus erməni hüquq müdafiəçisi Vahe Avetyanın Azərbaycana son səfərinə münasibət bildirərkən qeyd edib.

arif

„Hələ 90-cı illərdə mən dəfələrlə çıxış edirdim mətbuatda və konfranslarda bu “xalq diplomatiyası” haqqında. Hətta o vaxt məqalə çap etdim və göstərdim ki, bu “xalq diplomatiyasının” qanunları var. İlk növbədə: “xalq diplomatiyası” şou deyil, bu çox vacib işlə məşğul olanlar siyasi məsuliyyəti daşıyırlar. Onlar anlamalıdırlar ki müharibə bitməyib, hər iki tərəf xeyli itkilərə məruz qalıb, hər iki tərəf üçün bu münaqişə ilə bütün məsələlər, o cümlədən ermənilər ilə bizimkilərin görüşləri birmənalı qarşılamayacaq. Üstəlik, bu görüşlər informasiya müharibənin bir hissəsi olmamalıdır. Ona görə, misal üçün, nə özüm getmirdim Ermənistanda 1915-ci il ilə bağlı abidələrə və tədbirlərə, nə digər bizim nümayəndə heyətinin üzvlərinə icazə vermirdim. Axı onsuz da Ermənistana gedənlər sonra Vətənə qayıdanda təqiblərə məruz qalırdılar. Ya da, gedib Ermənistana dostluqdan, daha bilim nədən danışmırdım və digərlərinə deyirdim ki, bu düzgün deyil. Çünki bəzən bizimkilər gedirdilər Ermənistana, orda març-murç edib, dostluqdan danışırdılar, amma Bakıda müsahibə verirdilər ki, bir yolumuz qaldı – müharibə! Belə ikiüzlü adamlara sonra kim inanar axı? Yada təxminən 15 il öncə bir Qarabağ ermənisi gəlib Bakıda Xocalıya görə üzr istədi, amma evə qayıdanda bütün Bakıda deyiləndən imtina etdi“, – deyə A.Yunus qeyd edib.

Daha sonra o qeyd edib: „Vahe Avetyan və digər ermənilərin gəlməsinə müsbət yanaşıram. Amma bu səfərin şou kimi keçməsi mənim heç xoşuma gəlmədi. Avetyan isə “xalq diplomatiyasının” qanunları bilmir və imkan verdi ki, bu çox vacib səfər faktiki informasiya müharibənin bir hissəsi olsun və bununla da uğursuz oldu. Heyf…“

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s