Ermənistan 7 ayda 133 hərbçisini itirib – STATİSTİKA

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Ermənistanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (avqustun 1-dək) Ermənistan Silahlı Qüvvələrinin 133 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 96-sı döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisidir.

cropped-caspiandefense.jpg

96 hərbçi Azərbaycan tərəfinin atəşindən (eyni zamanda mina partlayışından), 6 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 13 nəfər intihar edib, 12 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 4 nəfərsə bədbəxt hadisə (elektrik cərəyanı və naməlum səbəb) nəticəsində dünyasını dəyişib. 2 nəfər naməlum səbəbdən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 24-ü zabit, 21 nəfəri müqaviləli əsgər, 88 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar.  Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. 100 insident Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 33-ü isə Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 152 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. Üç hərbi qulluqçusu (müqaviləli əsgərlər) avtomobil qəzasında xəsarət alıb, 2 nəfər bədbəxt hadisədən. 147 əsgərsə cəbhə xəttində yaralanıb.

Qeyd: 2016-cı il ərzində ümumilikdə 20-yə yaxın erməni könüllüsü cəbhə xəttində həlak olub, 15 könüllü yaralanıb.

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvanlara yaza bilərlər:

Email: caspiandefense@gmail.com

WhatsApp əlaqə nömrəsi: +491738570564

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s