Azərbaycan 7 ayda 123 hərbçisini itirib – STATİSTİKA

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Azərbaycanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (avqustun 1-dək) Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 123 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 105 nəfəri döyüş, 18 nəfəri isə qeyri döyüş itkisidir.

cropped-caspiandefense.jpg

Silahlı Qüvvələrin 105 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub (bəziləri mina partlayışından dünyasını dəyişib). Bundan başqa 2 hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, 5 nəfərin intihar etdiyi, 2 nəfərin ehtiyatsızlıqdan, 3 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 5 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. Bir nəfərin isə naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Dünyasını dəyişənlərin 65 nəfəri əsgər, 17-si müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12 gizir, 29 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 122 nəfəri Müdafiə Nazirliyinin, 1-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə ümumilikdə 53 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 46 hərbçi erməni tərəfinin gülləsindən yaralanıb, 5 nəfər minaya düşüb. bundan başqa bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Qeyd: 2-5 aprel tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var. Bu istiqamətdə hər hansı rəsmi statistika yoxdur.

Ötən dövrdə ən azı (aprel ayı ərzində) 18 dinc sakin həlak olub, 26 nəfər yaralanıb. Belə ki, Tərtərdə 16 nəfər, Ağdamda 2 dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub. Tərtərdə 7 nəfər, Ağdamda isə 1 nəfər yaralanıb.

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvanlara yaza bilərlər:

Email: caspiandefense@gmail.com

WhatsApp əlaqə nömrəsi: +491738570564

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s