“Biz Azərbaycanda bütün siyasi məhbusların azadlığı üçün mübarizə aparırıq”

Almaniyada Azərbaycandakı siyasi məhbuslara dəstək tədbiri keçirilib

Amnesty International-ın nümayəndəsi:  “Biz Azərbaycanda bütün siyasi məhbusların azadlığı üçün mübarizə aparırıq”

May ayının 27-də Almaniyanın Bielefeld şəhərində Amnesty International beynəlxalq təşkilatının yerli bölməsinin dəstəyi ilə bu yaxınlarda azadlığa çıxmış jurnalist Xədicə İsmayıl daxil olmaqla Azərbaycanda siyasi məhbuslara dəstək tədbiri keçirildi. Azərbaycandakı siyasi məhbusların bir çoxları barədə şəhər sakinlərinə məlumatlar verildi, bukletlər paylanıldı.

Məlumatlandırma tədbirinin gedişində yerli sakinlər tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış müraciət imzalandı. Müraciətdə Azərbaycandakı bütün siyasi məhbusların təcili və qeyd-şərtsiz azadlığa buraxılması çağırışı əksini tapıb.

“Biz indi Xədicənin azadlığa çıxması ilə bağlı imza toplayırıq. Aydındır ki, o iki gün öncə azadlığa buraxılıb. Amma biz bütün dünyada oldğuğu kimi Azərbaycanda da bütün siyasi məhbusların – etirazçıların, media nümayəndələrinin azadlığa buraxılması üçün mübarizə aparırıq”, – deyə təşkilatın nümayəndəsi  Johannes Knippenberg bildirir.

Jurnalist Cəsur Sümərinlinin sözlərinə görə, bu kimi tədbirlər çox effektivdir: “Azərbaycanda siyasi hakimiyyətə təzyiq və təsir etmək baxımından bu kimi tədbirlər davam etdirilməlidir”.

Amnesty International-ın nümayəndələrinin bildirdiyinə görə, bu kimi aksiyalar davamlı olacaq və Azərbaycandakı bütün siyasi məhbuslar azadlığa çıxana qədər davam etdiriləcək.

Bielefeld, Almaniya, 27 may 2016.

Diese Diashow benötigt JavaScript.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s