225 hərbçi dünyasını dəyişib – Cənubi Qafqazda – STATİSTİKA

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute CDSI) Azərbaycan, Gürcüstan və Ermənistanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (aprelin 30-dək) 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 225 hərbi qulluqçusunu itirib. Onların 188 nəfəri atəşkəs pozuntusu (o cümlədən mina partlayışı), 37 nəfəri isə qeyri-döyüş itkiləridir.

cropped-caspiandefense.jpg

Qeyd: Döyüş itkiləri əsasən aprelin 2-5-də Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində aparılan hərbi əməliyyatlar zamanı ortaya çıxıb. Mətbuatda dərc olunan məlumatlara görə (adlı siyahı üzrə), həmin hərbi əməliyyatlarda (2-5 aprel) Azərbaycan tərəfi 89, Ermənistan tərəfi isə 77 hərbi qulluqçusunu itirib. Hər iki tərəfin müvafiq dövr üçün hərbi itkilərinin daha çox olması ehtimalı var. Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri qarşılıqlı olaraq qarşı tərəfin daha çox hərbi itki verdiklərini iddia edir.

Qeyd: Aprelin 2-5-də baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan və Ermənistana aid xeyli sayda hərbi qulluqçu məhz mina partlayışından dünyasını dəyişib və ya yaralanıb. Bu istiqamətdə dəqiq, adlı məlumatları tam aydınlaşdırmaq mümkün olmayıb. Hələlik ortada bütün itkiləri əks etdirəcək rəsmi statistika yoxdur.

Azərbaycan

Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 103 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 97-i döyüş, 6-sı isə qeyri döyüş itkisidir.

azerb-stat

Silahlı Qüvvələrin 97 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub (bəziləri mina partlayışından dünyasını dəyişib). Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin intihar etdiyi, bir nəfərin ehtiyatsızlıqdan, bir nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. Bir nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 50-si əsgər, 16-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12 gizir, 25 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 102 nəfəri Müdafiə Nazirliyinin, 1-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə ümumilikdə 51 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 44 hərbçi erməni tərəfinin gülləsindən yaralanıb, 5 nəfər minaya düşüb. bundan başqa bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Qeyd: 2-5 aprel tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var. Bu istiqamətdə hər hansı rəsmi statistika yoxdur.

Ötən dövrdə ən azı (aprel ayı ərzində) 18 dinc sakin həlak olub, 26 nəfər yaralanıb. Belə ki, Tərtərdə 16 nəfər, Ağdamda 2 dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub. Tərtərdə 7 nəfər, Ağdamda isə 1 nəfər yaralanıb.

Ermənistan

Ermənistan Silahlı Qüvvələrinin 120 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 91-i döyüş, 29 nəfəri isə qeyri-döyüş itkisidir.

ermeni-stat.jpg

91 hərbçi Azərbaycan tərəfinin atəşindən (eyni zamanda mina partlayışından), 5 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 9 nəfər intihar edib, 11 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 4 nəfərsə bədbəxt hadisə (elektrik cərəyanı və naməlum səbəb) nəticəsində dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 22-si zabit, 20 nəfəri müqaviləli əsgər, 78 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar.  Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. Hadisənin 93 nəfəri Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 27 nəfəri isə Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 150 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. Üç hərbi qulluqçusu (müqaviləli əsgərlər) avtomobil qəzasında xəsarət alıb, 2 nəfər bədbəxt hadisədən. 145 əsgərsə cəbhə xəttində yaralanıb.

Qeyd: 2016-cı il ərzində ümumilikdə 20-yə yaxın erməni könüllüsü cəbhə xəttində həlak olub, 15 könüllü yaralanıb.

Gürcüstan

Müvafiq dövrdə Gürcüstan ordusunun iki hərbi qulluqçusu dünyasını dəyişib.

Onlardan biri H1N1 virusundan, digəri isə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Onların hər ikisi (mayor rütbəli və əsgər) Müdafiə Nazirliyinin hərbi qulluqçuları olublar.

Qeyd: Gürcüstan Silahlı Qüvvələrində hərbi itkilərin statistikasının fərqli olması istisna deyildir. Bu istiqamətdə araşdırmalar davam edir.

2016-cı ildə Cənubi Qafqazda Təhlükəsizlik və Müdafiə Sektorunda itkilər – MÜQAYİSƏLİ STATİSTİKA

Səbəblər Azərbaycan Ermənistan Gürcüstan Cəm
Atəşkəs pozuntusu (mina partlayışı) 97 91 188
Avtoqəza 1 5 6
Xəstəlik 1 1 2
İntihar 1 9 10
Bədbəxt hadisə 1 4 1 6
Qeyri-nizamnamə hadisəsi 2 11 13
Ümumi 103 120 2 225
Güc strukturları MN – 102 MN-120 MN-2 MN-224
DSX – 1 məlumat dəqiqləşdirilir DSX-1
Könüllülər 20 20
Yaralıların sayı 51 (məlumat dəqiqləşdirlir) 150 201
Mülkilər (həlak olanlar) 18 (məlumat dəqiqləşdirilir) məlumat dəqiqləşdirilir 18
Mülkilər (yaralananlar) 26 (məlumat dəqiqləşdirlir) 5 31

 

Qeyd: MN – Müdafiə Nazirliyi, DSX – Dövlət Sərhəd Xidməti

Məlumat, rəy göndərmək istəyənlər aşağıdakı ünvanlara yaza bilərlər:

Email: caspiandefense@gmail.com

WhatsApp əlaqə nömrəsi: +491738570564

 

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s