Cəsur Sümərinli: “Azərbaycanın hərbi əməliyyatları dayandırması çox uğursuz, səhv bir addımdır”

“Avtoritar, diktatura rejimlərində belə olur, hakimiyyətin başında dayananlar hər hansı strateji məqsəd və əsas olmadan müharibəyə başlar, istədiyi zaman bitirərlər, bu zaman xalqa heç bir hesabat da verməzlər”. Bunu hərbi təhlilçi, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli Azərbaycan tərəfinin cəbhə xəttində cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul etməsinə münasibətdə bildirib.

Müdafiə Nazirliyi bu gün açıqlama yayıb: “Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir”.

jasur
Cəsur Sümərinli, “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri

“Onu bildirim ki, Müdafiə Nazirliyinin bəyan etdiyi „azad olunmuş ərazilər“ Azərbaycan Silahlı Qüvvələrinə döyüş meydanında hər hansı üstünlük yaratmır. Çünki həmin ərazilərə nəzarət edən ərazilər erməni işğalçılarının əlindədir. Böyük ehtimalla ermənilər bu gündən etibarən hər gün oradakı Azərbaycan mövqelərini atəşə tutacaqlar. Və beləliklə, cəbhə xəttindən hər gün əsgər ölümü xəbərlərinin gəlməsi mümkündür”, – deyə C.Sümərinli qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları dayandırması çox uğursuz, səhv bir addımdır. “Bu ona dəlalət edir ki, hərbi əməliyyatların başlanması barədə qərar da səhv olub. Bununla bağlı günahı olanlar məsuliyyətə cəlb olunmalıdırlar”, – deyə o qeyd edib.

“Əməliyyatın dayandırılması həm də ona görə səhv qərardır ki, bundan sonra ermənilər cəbhə xəttini, müdafiə istehkamlarını Rusiyanın dəstəyi ilə 10 qat gücləndirəcəklər. Bu zaman Azərbaycan tərəfinin hər hansı uğur əldə etməsi çox çətin olacaq. Necə deyərlər, Azərbaycan tərəfi bu əməliyyatlarla düşməni ayıltdı. Düşməni ayıltmaq, gələcək hərbi əməliyyatların uğurunu kölgə altına salmaq kimə lazım idi? Bax bu suala aydınlıq gətirilməlidir”, – deyə Cəsur Sümərinli vurğulayıb.

Onun sözlərinə görə, cəbhə xəttindəki gərginliyi və həmin gərginliyin dayandırılmasını idarə edən məhz Rusiya tərəfidir. “Rusiya tərəfi Azərbaycan və Ermənistandan olan əlaltıları vasitəsilə cəbhədə belə bir oyun çıxartdı”, – deyə o vurğulayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s