Minskdə faktiki “ODKB” + Azərbaycan formatlı görüş: NATO-ya alternativ  sənəd müzakirəyə çıxarılıb

Bu gün Minskdə MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin toplantısı öz işinə başlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, toplantıda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın nümayəndə heyətləri iştirak edir. Azərbaycandan tədbirə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov qatılıb. Onunla yanaşı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovun da tədbirdə iştirak etdiyi bildirilir.

Növbəti anti-NATO toplantısı?

Bu görüşü faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) + Azərbaycan formatlı görüş də hesab etmək olar. Ona görə ki, Azərbaycan istisna olmaqla qalan ölkələrin hamısı Rusiyanın rəhbərlik etdiyi KTMT-nın üzvləridir.

qerargah.jpg

Rusiya Müdafiə Nazirliyi bildirir ki, iclasda əsas diqqət MDB ölkələrinin 2020-ci ilədək hərbi əməkdaşlığını nəzərdə tutan konsepsiyanın gerçəkləşməsi yollarının və 2017-ci ildə Birlik dövlətlərinin Silahlı Qüvvələrinin keçirəcəyi birgə tədbirlərin keçirilməsi məsələlərinin müzakirəsinə yönəldiləcək.

Rusiya 2020 Konsepsiyasını əslində NATO-2020 Strateji Konsepsiyasına alternativ olaraq düşünüb. NATO-2020 Strateji Konsepsiyası 2009-cu il qızğın müzakirələrindən sonra növbəti ildə təsdiqlənmişdi və 10 il ərzində dünyada təhlükəsizlik mühitinin təmin olunması istiqamətində üzv və tərəfdaş ölkələrin birgə əməkdaşlıq müxanizmlərinin nəzəri və təcrübi qaydalarını əks etdirir. Bunun ardınca Rusiya da 2010-cu ildə ildə oxşar sənəd hazırlamaq qərarı verdi və 2015-ci ilə qədər dövrü nəzərdə tutan sənəd daha sonra Konsepsiya 2020 ilə əvəzləndi. Sözügedən sənəddə MDB ölkələrinin və ümumilikdə regionda təhlükəsizliyin təminatı, təhdid və təcavüzlərə qarşı birgə fəaliyyət, mübarizə qaydaları və s. əksini tapıb.

11 məsələ müzakirəyə çıxarılıb

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Qerasimovun sədrliyi ilə keçirilən iclasda MDB iştirakçıları olan ölkələrin müdafiə nazirlərinin hərbi əməkdaşlığının müxtəlif istiqamətlərinə dair 11 məsələ müzakirəyə çıxarılacaq.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunur. “Nümayəndə heyətlərinin rəhbərləri iclasda müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar. Martın 30-dək davam edəcək səfər çərçivəsində general-polkovnik N.Sadıkovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaqdır. Bundan əlavə, Belarus Respublikasının bir sıra müdafiə sənayesi müəssisələrinin ziyarəti planlaşdırılır”, – deyə məlumatda bildirilir.

qerargah1.jpg

Xəzər Hərbi Tədqiqatlar İnstitutuna daxil olan məlumata görə, Qərargah rəislərinin toplantısında “tərəfdaşlıq münasibətlərinin əsasında birgə hərbi təhlükəsizliyin təmin edilməsi istiqamətində hərbi əməkdaşlığın konseptual tərəfləri” müzakirə olunur.

Diqqət mərkəzində olan məsələlər aşağıdakılardır:

  • Hərbi əməkdaşlıqda konkret perspektiv istiqamətlərin müəyyənləşdirilməsi;
  • 2017-ci ildə birgə quru, hava və dəniz təlim-tədbirlərinin keçirilməsi: üzv ölkələrin Hava Hücumundan Müdafiə Qoşunlarının Birləşmiş Sisteminin “Döyüş Birliyi” adlı birgə komanda-qərargah təlimləri;
  • MDB ölkələri Silahlı Qüvvələri arasında əlaqələrin güclənməsi məqsədi üçün bütün növ rəhbər heyətin, mütəxəssislərin təlim-metodik toplanışları;
  • Mühəndis-istehkam birləşmələrinin toplanışları və s.
  • Hərbi təhsil-tədris, kadrların təminatı;
  • Müdafiə Sənayesi sahəsində əməkdaşlıq, silah və hərbi texnikaların təchizatı və təmiri sahəsində məsləhətləşmələr.

Faktiki olaraq Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyinin təklif etdiyi və müzakirə proqramına daxil edilən bütün məsələlərə razılıq verib və ekspertlərin fikrincə, ümumilikdə bu, Azərbaycan Respublikasının hazırkı və gələcək milli təhlükəsizlik maraqlarına ziddir və Avroatlantik məkana inteqrasiyasını ciddi sual altına salır.

necmeddin-minsk1

Maraqlıdır ki, bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Amerikada Pentaqon nümayəndələri ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib. Hazırda Minskdə olan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Amerikadakı görüşdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Beləliklə, Azərbaycan tərəfinin Minksdə Rusiyanı Amerikadakı görüş barədə məlumatlandıracağı da istisna deyil…

Amerikadakı görüş barədə daha geniş məlumat:

https://caspiandefense.wordpress.com/2016/03/25/pentaqon-uec-postsovet-oelk%C9%99si-il%C9%99-h%C9%99rbi-danisiqlara-basladi-r%C9%99smi-baki-nec%C9%99-yumsaldi-t%C9%99hlil/

Cəbhə xəttində gərginlik: Rusiyaya mesaj?

Minskdəki iclas ərəfəsində Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttində erməni tərəfinin atəşkəsi pozması cəhdləri ilə bağlı yaydığı məlumatın girişi diqqəti çəkir. Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusunun şəhid olması ilə nəticələnən atəşkəs pozuntusu ilə bağlı xəbər belə başlayır:

mn-melumat1

“Son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb. Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır”.

Aydındır ki, “Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilat” dedikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəzərdə tutulur. Sual yaranır: Nəcməddin Sadıkovun Minskdə faktiki olaraq KTMT ölkələri ilə birgə iclası başlayan saatlarda Müdafiə Nazirliyinin bu məlumatı yaymasının məqsədi nədir?

Müşahidələrə görə, Azərbaycan – Ermənistan cəbhə xəttindəki gərginliyin Minsk toplantısında qeyri-rəsmi şəkildə müzakirəyə çıxarılması mümkündür.

O da diqqətə alınmalıdır ki, cəmisi iki gün öncə Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərində generalların, komandanların, ümumiyyətlə, rəhbər heyətin iştirakı ilə toplantı keçirilib. Bu barədə məlumat:

https://caspiandefense.wordpress.com/2016/03/26/mueharib%C9%99-hazirligi-yoxsa-az%C9%99rbaycan-v%C9%99-erm%C9%99nistan-muedafi%C9%99-nazirlikl%C9%99rind%C9%99-eyni-vaxtda-oxsar-toplanti-kecirilib/

Cəsur Sümərinli,

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s