Kəmaləddin Heydərovla bağlı müəmma: Rəsmi Bakı rusiyalı nazirin Azərbaycana səfərini niyə gizlədir?

Martın 21-də Rusiyanın Fövqəladə Hallar naziri Vladimir Puçkov Azərbaycana səfər edib və o, Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə ilə görüşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin saytı bildirir ki, görüşdə “vacib məsələlər” müzakirə olunub. Misal üçün, müzakirə mövzularından biri Azərbaycan FHN Akademiyasının nəzdində Xəzər hövzəsi ölkələrinin yanğınsöndürənlərinin hazırlığı üzrə birgə təlim mərkəzinin yaradılması olub. Puçkov bildirib ki, Rusiya tərəfi birgə məsləhətləşmələr üçün Bakıya Rusiya FHN-in bir qrup nümayəndəsini ezam etməyə hazırdır. Puçkov həmçinin qeyd edib ki, Rusiya FHN-i Azərbaycan tərəfinin bu istiqamətdə müraciətinə müvafiq olaraq Rusiya Federasiyası hökumətinə layihə təqdim edib.

fhn-azer1.jpg

Rusiyanın FH naziri Vladimir Puçkov Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə ilə. Foto: Rusiya FHN rəsmi saytı.

Bundan başqa Puçkov bildirib ki, Rusiya FHN payızda Həştərxanda genişmiqyaslı “Xəzər – 2016” təliminin keçirilməsini planlaşdırır və Azərbaycanı bu təlimdə iştirak etməyə dəvət edib.

Müşahidələr göstərir ki, Vladimir Puçkovun Azərbaycana səfəri ilə bağlı bir sıra müəmmalar var:

  • birincisi, rusiyalı nazir niyə fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul edilməyib?
  • ikincisi, üstündən bir həftədən artıq vaxt keçsə də bu görüşlə bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytında hər hansı məlumat yerləşdirilməyib. Bunun səbəbi nədir?
  • üçüncüsü, heç bir rəsmi saytda, xəbərlər agentliyində bu görüş barəsində hər hansı məlumat dərc olunmayıb. Azərtac Dövlət Agentliyi belə xəbər yaymayıb, onların axtarış sistemində belə xəbər tapılmadı. Hətta Kəmaləddin Heydərova yaxın olduğu deyilən APA Holdinqə aid saytlarda da bu istiqamətdə axtarış hər hansı nəticə vermədi. Yalnız bir-iki saytda bu görüşlə bağlı məlumat gedib və onlar da Rusiya tərəfinin yaydığı məlumata əsaslanıbıar.

Müşahidələr göstərir ki, bu durumun hansısa ciddi səbəbləri var. Yəqin ki, yaxın günlərdə buna aydınlıq gətiriləcək.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s