Azərbaycan 11 hərbçisini itirib – STATİSTİKA

2016-cı ildə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 11 hərbi qulluqçu dünyasını dəyişib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute CDSI) bildirir. Qurumun Azərbaycan Müdafiə Nazirliyinin, digər hərbi strukturların və kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, martın 28-nə olan məlumata görə, dünyasını dəyişənlərin 7-i döyüş, 4-ü isə qeyri döyüş itkisidir.

Silahlı Qüvvələrin 7 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. Bir nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. Dünyasını dəyişənlərin 7-i əsgər, ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 2 nəfərsə leytenant rütbəli zabit olub. Dünyasını dəyişənlərin 10-u Müdafiə Nazirliyinin, 1-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə ümumilikdə 6 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 4 hərbçi erməni tərəfinin gülləsindən yaralanıb, bundan başqa bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Məlumat, rəy göndərmək istəyənlər caspiandefense@gmail.com ünvanına yaza bilərlər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s