Yenilənib: 25 əsgər dünyasını dəyişib – Cənubi Qafqaz Silahlı Qüvvələrində – MÜQAYİSƏLİ STATİSTİKA

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute CDSI) Azərbaycan, Gürcüstan və Ermənistan Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (martın 26-dək) 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 25 hərbi qulluqçusunu itirib. Onların 9-u atəşkəs pozuntusu, 16-sı isə qeyri-döyüş itkiləridir.

xezer

Azərbaycan

Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 9 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 5-i döyüş, 4-ü isə qeyri döyüş itkisidir.

Silahlı Qüvvələrin 5 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. Bir nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. Dünyasını dəyişənlərin 6-ı əsgər, ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 1 nəfərsə leytenant rütbəli zabit olub. Dünyasını dəyişənlərin 8-i Müdafiə Nazirliyinin, 1-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə ümumilikdə 6 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 4 hərbçi (MN) erməni tərəfinin gülləsindən yaralanıb, bundan başqa bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Ermənistan

Ermənistan mətbuatının monitorinqi göstərir ki, 2016-cı ilin ötən dövründə Ermənistan Silahlı Qüvvələrinin 14 hərbi qulluqçusu dünyasını dəyişib. 4 nəfər  Azərbaycan tərəfinin atəşindən, 4 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 5 nəfər intihar edib, 1 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib, Dünyasını dəyişənlərin 3-ü müqaviləli əsgər, 1-i çavuş, 10 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. Hadisənin 8-i Dağlıq Qarabağ ərazisində, 6-ı isə Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu (müqaviləli əsgərlər) avtomobil qəzasında xəsarət alıb.

Gürcüstan

Cənubi Qafqaz ölkələri arasında ən az sayda hərbi itki əvvəlki illərdə olduğu kimi Gürcüstan Silahlı Qüvvələrinə aiddir. Müvafiq dövrdə Gürcüstan ordusunun iki hərbi qulluqçusu dünyasını dəyişib. Onlardan biri H1N1 virusundan, digəri isə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Onların hər ikisi (mayor rütbəli və əsgər) Müdafiə Nazirliyinin hərbi qulluqçuları olublar.

2016-cı ildə Cənubi Qafqaz Silahlı Qüvvələrində itkilər – MÜQAYİSƏLİ STATİSTİKA

Səbəblər Azərbaycan Ermənistan Gürcüstan
Atəşkəs pozuntusu 5 4
Avtoqəza 1 4
Xəstəlik 1 1
İntihar 5
Bədbəxt hadisə 1 1
Qeyri-nizamnamə hadisəsi 1 1
Ümumi 9 14 2
Güc strukturları MN – 8, DSX – 1 MN-14 MN-2

Qeyd: MN – Müdafiə Nazirliyi, DSX – Dövlət Sərhəd Xidməti

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s