20 azərbaycanlı hərbçi Türkiyəyə, 20 türkiyəli isə Azərbaycana göndəriləcək – PROTOKOLLA BAĞLI BƏZİ DETALLAR

 Martın 15-də Türkiyədə, Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında imzalanmış “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”un bəzi yeni detalları ortaya çıxıb. Hərbi mənbələrdən Xəzər Hərbi Tədqiqatlar İnstitutuna (Caspian Defense Studies İnstitute – CDSI) verilən məlumata görə, sözgedən sənəd iki ölkənin hərbi heyətinin – generallar, polkovniklər, admirallar, hərbi-mülki xidmətə cavabdeh şəxslərin mübadiləsini nəzərdə tutur. İlkin razılaşmaya görə, 2016-cı ildə Azərbaycandan Türkiyəyə 20, Türkiyədən isə Azərbaycana 20 yüksək rütbəli hərbçinin mübadilə olunması gözlənilir. Bir sıra məlumatlara görə, general və polkovnik rütbələrində olacaq hərbçilər və eyni zamanda hərbi-mülki xidmətə cavabdeh şəxslər  ailələri ilə birlikdə ezam olunacaqlar.

2016-cı ildə baş tutacaq qarşılıqlı səfərlərin tarixi, müddəti və detalları artıq müəyyənləşdirilib. Mümkündür ki, artıq aprel ayında ilkin mübadilə həyata keçirilsin. 2017-ci ildə baş verəcək növbəti mübadilənin detalları isə 2016-cı ilin sonlarında Azərbaycan və Türkiyə arasında baş tutacaq növbəti yüksək səviyyəli görüş zamanı müəyyənləşdiriləcək. “Mübadilə proqramının məqsədi iki tərəf arasında hərbi sahədə əməkdaşlıq münasibətlərinin, onun mədəni-sosial tərəflərinin gücləndirilməsidir”, – deyə mənbə bildirib.

az-tur1.jpg

Mənbə eyni zamanda bildirib ki, mübadilə proqramında ümumi hədəf tərəflərin hərbi sahədə bilgilərinin, təcrübələrinin bölüşdürülməsi və beləliklə, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin daha güclü olmasıdır. Hərbçilər qonaq olduğu ölkənin Silahlı Qüvvələrində müvafiq vəzifələr üzrə xidmət edəcək və bu istiqamətdə bilik və bacarıqlarını bölüşəcək və eyni zamanda yeni, fərqli təcrübələri əldə edəcək.

Mübadilə heyətinin gediş və dönüş xərclərini onu göndərən ölkə, qalma, təminat xərclərini isə onu qonaq saxlayacaq ölkənin ödəməsi planlaşdırılıb.

Türkiyə oxşar sənədi bir qədər öncə Kosovo (2015) və Suriya (2009) ilə imzalayıb. Kosovo ilə imzalanmış sənədə uyğun olaraq tərəflərin bir həftə müddətinə mübadilə olunması planlaşdırılıb. Müharibəöncəsi Suriya ilə əməkdaşlıq dövründə isə bu müddətin iki həftə olması nəzərdə tutulurdu. Azərbaycan – Türkiyə arasında imzalanmış protokola uyğun olaraq tərəfləri təmsil edən hərbçilərin mübadiləsi müddəti üçün 3-4 həftəlik müddət nəzərdə tutulub. Amma bu müddət müxtəlif səbəblərdən asılı olaraq 2 aya qədər uzadıla bilər.

Ekspertlər hesab edirlər ki, müəyyən hallarda bu müddət daha da artırılacaq.

Azərbaycan Müdafiə Nazirliyinin reaksiyası

Azərbaycan Müdafiə Nazirliyi Xəzər Hərbi Tədqiqatlar İnstitutunun dünən yaydığı məlumatla bağlı münasibətini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, martın 15-də Ankara şəhərində Azərbaycanla Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edən bəzi elektron kütləvi informasiya vasitələri məsələyə qeyri-ciddi yanaşıb.

mn

„Sənədə əsasən, yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır.

Bununla belə, ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 2015-ci ildən başlayaraq rəhbər heyət qarşılıqlı surətdə taktiki səviyyədə Azərbaycan və Türkiyədə təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçir. Bu döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir“, – deyə məlumatda bildirilir.

Müstəqil ekspertlər isə hesab edir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış sözügedən sənəddə əsas məqsəd Azərbaycan tərəfinin böhran vəziyyətində Türkiyənin ordu quruculuğu təcrübəsindən yararlanmaq istəyidir. Bu effektiv olacaqmı? Bu barədə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://caspiandefense.wordpress.com/2016/03/16/tuerk-generallari-az%C9%99rbaycan-muedafi%C9%99-nazirliyin%C9%99-t%C9%99yin-olunacaq-s%C9%99rh/

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s