“Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda çox yüksək korrupsiya riski var” – Transparency International

“Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda çox yüksək korrupsiya riski var”. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) məlumatına görə, bu barədə Transparency International (Beynəlxalq Şəffaflıq) təşkilatının hərbi sahədə NATO üzvü və tərəfdaş ölkələrə dair Anti-korrupsiya İndeksində bildirilir. 2015-ci ilin yekunlarına aid hesabat dünyanın bir çox dövlətini əhatə edir və bildirilir ki, NATO-nun Building İntegrity proqramı çərçivəsində 31 ölkə ilə müxtəlif səviyyəli inkişafa nail olunub.

ti-report

Hesabatda qeyd olunur ki, Özbəkistan, Ermənistan və Azərbaycan kimi tərəfdaş ölkələrdə müdafiə və təhlükəsizlik sektoruna nəzarətin və şəffaflığın çox aşağı səviyyəsi var. Özbəkistanda prezidentin müdaxiləsi nəticəsində parlamentin səyləri heçə enir, hətta müdafiə xərclərinin ümumi həcmi ictimaiyyətə bəlli deyil.

“Ermənistanda və Azərbaycanda müdafiə xərclərinin və təchizata (satınalmalara) dair qərarların detalları parlamentin azca nəzarəti olmaqla müntəzəm olaraq məxfi saxlanılır. Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarının təchizat prosesinə nəzarəti kimi mühüm təcrübə mövcuddur. Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik komitəsi 2012-ci ildə, anti-korrupsiya prosesi başlayandan sonra daha aktivdir: Komitənin sədri hərbi hissələrə baş çəkir, komitə üzvləri isə nəzarətlə bağlı müxtəlif təlimlərdə və workshoplarla iştirak iştirak edirlər. Komitənin tərkibindəki Etimad Qrupu məxfi silahlahlanmaya və kəşfiyyat fəaliyyətlərinə nəzarət etmək üçün yaradılmışdır. Bunula belə qrupun səmərəli fəaliyyətinə hələlik nail olunmayıb”- deyə hesabatda deyilir.

AZƏRBAYCAN

Azərbaycan İndeksdə E səviyyəsindədir. Bu o deməkdir ki, müdafiə və təhlükəsizlik sektorunda çox yüksək korrupsiya riskinə malikdir. Ən yüksək risk sahələri təchizat və əməliyyatlardır. Ümumilikdə hesabatda yaxşıdan pisə doğru A, B, C, D, E səviyyələri var. Azərbaycandan başqa NATO-nun tərəfdaş ölkələri içərisində Özbəkistan və Əfqanıstan sonuncu səviyyədə qərar tutublar. Ermənistan və Ukrayna nisbətən kafi (D), Avstriya, Gürcüstan, Bosniya və Herseqovina və Serbiya orta (C), Finlandiya, İsveç və İsveçrə isə yaxşı (B) səviyyədədirlər. Ən yaxşı səviyyə (A) NATO ölkəsi olan Böyük Britaniyaya məxsusdur. NATO ölkələri arasında yalnız Portuqaliya və Türkiyə aşağı (D) səviyyədədirlər.

ti-report1

Qanunverici nəzarət

Hesabatda bildirilir ki, Azərbaycan Konstitusiyası formal olaraq Milli Məclisi – Parlamenti müdafiə siyasətinə nəzarətçi kimi göstərir. Təcrübədə isə, qanunvericilk sahəsi müstəqillik və təsir gücü ilə bağlı çatışmazlıqlıq içindədir. Müdafiə siyasətinə air əsas qərarlar adətən icraedici hakimiyyət tərəfindən verilir və bu istiqamətdə Parlamentin simvolik müzakirələri və qərarın qəbulu prosesi keçirilir. Parlament faktiki olaraq 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasına və 2010-cu ildə qəbul edilmiş Hərbi Doktrinaya hər hansı təsirə malik olmadı. Milli Məclisdə milli müdafiə məsələləri üzərində büdcə nəzarətini həyata keçirməli olan qanunvericilik komitələrinin olmasına baxmayaraq, Parlament büdcənin formalaşdırılması və dəyişdirilməsi prosesində heç bir rol oynamır.

Transparency International təklif edir ki, Azərbaycan hökuməti qanunverici nəzarəti gücləndirməlidir. “Müdafiə sahəsində daha səmərəli nəzarətin həyata keçirilməsi üçün, təklif edirik ki, Parlament komitələrinə nəzarət üzrə daha geniş səlahiyyətlər verilsin: onlar tam detallı müdafiə büdcəsinə və daxili audit hesabatlarına giriş əldə etməlidirlər; onlar hərbi qurumların və institutların işinin dərindən öyrənilməsi üçün ekspert-şahidləri çağırmaq imkanı əldə etməlidirlər, onlar müntəzəm görüşməli və fəaliyyətləri barədə hesabatlar dərc etməlidirlər”, – deyə Azərbaycan Hökumətinə təklif edilir.

Büdcə şəffaflığı

Hesabatda bildirilir ki, hər il Milli Məclisə təqdim olunan dövlət büdcəsi detallı deyil və ümumi rəqəmləri əks etdirir. Azərbaycanın 2015-ci ildə müdafiə xərclərini 27 faiz artırmasına baxmayaraq xərclərin necə ayrılması barədə çox az məlumat var. Azərbaycan müdafiəyə və “müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar”a nə qədər vəsait ayıracağını dərc edir, amma aktivlərin əldə olunması və ləğvi üçün nə qədər vəsaitin xərclənməsi barədə hər hansı informasiya yoxdur.

ti-report2

Bununla yanaşı səmərəli daxili və xarici auditlə bağlı az sübutlar mövcuddur. Azərbaycanda daxili audit sisteminin qurulması məqsədilə 2007-ci ildə Daxili Audit haqqında qanun qəbul edilməsinə baxmayaraq dövlət onu hələ də tam reallaşdıra bilməyib. Xarici auditə gəldikdə isə, müdafiə və təhlükəsizlik sahəsindəki xərclərin nə vaxtsa ictimai auditor və ya başqa qurum tərəfindən yoxlanılmasına dair hər hansı sübut yoxdur.

“Biz təklif edirik ki, hökumət bütün fəaliyyətlər üzrə vəsaitlərə dair detallı informasiyanı özünə daxil edən illik müdafiə büdcəsini dərc etsin. Bu, həmçinin müdafiə xərclərinin mənbələri barədə informasiyaları özünə daxil etməlidir.       Hökumət Daxili Audit Aktının həyata keçirilməsi və Hesablama Palatası tərəfindən xarici auditin reallaşması istiqamətində səylərini gücləndirməlidir”, – deyə Transparency International bildirir.

Satınalma

Hesabatda bildirilir ki, Azərbaycanın satınalma prosedurlarını və protokolları əhatə edən geniş formal qanunvericiliyi var. Belə ki, 2001-ci ildə qəbul olunmuş Dövlət Satınalması haqqında Qanunda tenderlərin, ticarətin aparılması zamanı rəqabətə dair şəffaflığın olmasına dair əsas qaydalar əks olunub. 2012-2015-ci illər üçün nəzərdə tutulmuş Milli Anti-Korrupsiya Planında satınalmalarla bağlı bölmə var və bu bölmədə milli dövlət satınalması planına istinad əksini tapır. Bununla yanaşı Azərbaycanın mərkəsi satınalma qurumu – Satınalmalar üzrə Dövlət Agentliyi satınalmalarla bağlı qərarlara formal nəzarət etmək səlahiyyəti var. (Qeyd: Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı il yanvarın 15-də Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib).

“Bütün bunlara baxmayaraq ortada olan faktlar onu deməyə əsas verir ki, formal qanunvericilik səmərəli deyil. Təchizat agentlikləri özlərinin alış planlarını dərc etmirlər, sübutlar var ki, qaydalar tez-tez pozulur. Hökumət website-də İnformasiya Sorğusu-Tenderlər barədə informasiya sorğularını yerləşdirməyə başlayb. Bu Anti-Korrupsiya üzrə Milli Planda əksini tapıb, amma tam və şəffaf deyil. Satınalamalar üzrə Dövlət Agentiyinin çoxlu funksiyaya malik olmasına baxmayaraq, onlar sui-istifadə hallarına qarşı sanksiya və səmərəli nəzarəti tətbiq edə bilmirlər. Müdafiə üzrə satınalamlar prosesi – ehtiyacların qiymətləndirilməsindən tutmuş, müqavilənin imzalanması və prosesin bitməsi, aktivlərin xaric olunması  – bütün bunlar cəmiyyət üçün tam açılmayıb”, – deyə hesabatda bildirilir.

“Biz hökumətə təklif edirik ki,  Satınalmalar üzrə Dövlət Agentliyinin səlahiyyətləri gücləndirilsin ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı sanksiya tətbiq edə bilsinlər və müdafiə üçün satınalmalar – təchizat prosesi cəmiyyət üçün açıq olsun” – deyə Transparency International bildirir.

Daha geniş məlumat aşağıdakı linklərdə:

http://government.defenceindex.org/downloads/docs/GI-NATO-Results-web.pdf

http://government.defenceindex.org/countries/azerbaijan/

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s