“Murena” müəamması:  Rusiya Xəzərdə Azərbaycana qarşı təcavüz planı hazırlayıb?

Rusiyanın Xəzərdəki Hərbi Donanması Azərbaycana qarşı faktiki təcavüz hazırlıqlarına başlayıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies İnstitute – CDSİ) bildirir ki, bu barədə rusiyalı jurnalist Andrey Şipilov eyni adlı saytında dərc etdiyi məqaləsində vurğulayıb. “Rusiya Xəzər ölkəsinə müdaxilə hazırlığına başladı” adlı məqaləsində Şipilov bildirir ki, söhbət Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvyozda”nın bu yaxınlarda efirə verdiyi, amma diqqətdən kənarda qalan süjetindən gedir.

murena

Jurnalist bildirir ki, diqqət mərkəzində olan məsələ Rusiyanın Xəzərə “Murena” layihəli hava yastığı üzərindəki desant gəmisini buraxmaq təşəbbüsüdür. Süjetdə bildirilir ki, “bu, Xəzər regionunda həddən ziyadə zəruridir”.

“Zvyozda” telekanalının süjetində bildirilir ki, Rusiya “Murena”nı gələn ildən Xəzərə buraxmaq planına malikdir. Amma müstəqil ekspertlərin fikrincə, bu hadisə daha tez baş verə bilər.

andrey-spilov
Andrey Şipilov, rusiyalı jurnalist

“Murena” desant gəmisi nədir? “Bu gəmi düşmənin sərhədyanı ərazilərinin zəbt olunması üçün nəzərdə tutulub və üzərində 140 desant qüvvəsi və bir tank və ya iki BTR apara bilər. Hava yastığındakı gəmi sərhədə yaxınlaşır və oradan canlı qüvvə çıxaraq döyüşə başlayır. Bununla yanaşı gəminin Hava Hücumundan Müdafiə sistemi desantları havadan dəstəkləyir, artilleriya isə sahildəki müqavimət nöqtələrini məhv edir”, – deyə jurnalist qeyd edir.

zvyozda

Müəllifin sözlərinə görə, Rusiya hazırda Xəzərdə təcavüzə hazırdır. Belə ki, dənizə buraxıması nəzərdə tutulan texnika tamamilə hücum xarakterlidir və onun yeganə təyinatı sahilyanı ərazilərin zəbtidir. “Telekanalda verilən süjetdə qeyd edildi ki, bu gəmi hazırda çox vacib zərurət daşıyır. Beləliklə, bir sual açıq qalır: Hansı ölkənin ərazisi bu zərurətin hədəfidir?”, – deyə Andrey Şipilov bildirir.

murena2

Onun sözlərinə görə, Xəzər dənizi Rusiyadan başqa 3 ölkənin: Qazaxıstan, İran və Azərbaycanın sahillərini yuyur (qeyd: müəllif Xəzər dövləti olan Türkmənistanın adını çəkməyib). “Bu ölkələrdən hansının hücum hədəfi olacağını demək çətindir. İranla müharibə hazırda çətin ki Putinin planına aid olsun. Amma başdan ayağa Türkiyəyə bağlı olan Azərbaycan isə tam mümkündür ki, hədəf olsun. Xüsusilə də xatırlatmaq lazımdır ki, Rusiya Ermənistanı bir neçə yüz milyon dollar dəyərində silahla təchiz etməyə başlayıb. Nazarbayevə (Qazaxıstan prezidenti) gəldikdə isə, o son zamanlar doğurdan da nəzarətdən çıxıb”, – deyə Andrey Şipilov bildirib.

Məqalənin original versiyası ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://shipilov.com/aship-news/693-rossiya-nachala-podgotovku-k-vtorzheniyu-v-strany-kaspiya.html

Zvyozda telekanalının veb-səhifəsində dərc olunan məqalə:

http://tvzvezda.ru/news/opk/content/201602252147-qa2l.htm

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s