Rusiya-Azərbaycan hərbi razılaşması: “Silah pulu 3 il ərzində ödəniləcək”

“Bakıya səfərimizin əsas yekunu: tərəflər təsdiq etdilər ki, Hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaşdırlar”. Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies İnstitute – CDSİ) bildirir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana martın 3-də etdiyi səfərin yekunları ilə bağlı özünün Tvitter hesabında yazıb.

rogozin

Xatırladaq ki, Rusiya mətbuatı Roqozinin Azərbaycana səfərinin Rusiya və Azərbaycan arasında üç il öncə imzalanmış 4 milyard dollarlıq hərbi əməkdaşlıq müqaviləsinin yerinə yetirilməsi perspektivi üzrə Moskvanın şübhələri ilə bağlı olduğunu qeyd edib. “Neftin qiymətinin kəskin düşməsi nəticəsində Azərbaycanın pulu azalıb və Rusiyadan alınması gözlənilən silahlar və hərbi texnikalar üzrə ödəmələrin edilməsi problem yaranıb. Azərbaycanın faktiki pulu yoxdur, Rusiyanın istehsal etdiyi silah və hərbi texnikalar isə müqavilə üzrə Bakıya çatdırılmalıdır”, – deyə Rusiya mətbuatı yazır.

Roqozinin Tvitter hesabında yerləşdirdiyi ikinci informasiyada isə “dost Azərbaycanın lideri İlham Əliyevlə pozitiv danışıqların yekunu” qeyd olunur və İlham Əliyevlə foto yerləşdirilib.

roq-1.png

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Roqozinin səfəri nəticəsində Rusiya ilə Azərbaycan arasında silah və hərbi texnika üzrə əməkdaşlığın perspektivlərinə görə razılaşma əldə olunub. Belə ki, Rusiya tərəfi müqavilədə nəzərdə tutulmuş silah və hərbi texnikanı bu ilin sonuna qədər Azərbaycana çatdıracaq. Azərbaycan tərəfi isə 3 il ərzində onların pullarını Rusiya tərəfinə ödəyəcək. Verilən məlumata görə, söhbət ümumilikdə 4 milyard dollardan gedir. İndiyə qədər Azərbaycan tərəfi həmin vəsaitin 1 milyard dollarını artıq ödəyib.

Müşahidələr göstərir ki, qarşıdakı dövrdə mövcud hərbi büdcə ilə Rusiyaya ödəmələr etmək Bakı üçün çətin olacaq. Ona görə də, müdafiə xərclərinin ilin ikinci yarısında daha 300-400 milyon dollar artırılması gözlənilir. Xatırladaq ki, az müddət öncə Azərbaycan tərəfi müdafiə xərclərinin 391 milyon manat arıtırlması qərarını verib. Ekspertlərə görə, bu artım məhz Rusiya tərəfinə ödənişlər etmək üçündür.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Əlavə məlumat burada:

https://caspiandefense.wordpress.com/2016/02/21/muedafi%C9%99-nazirliyi-xaricd%C9%99n-h%C9%99rbi-texnikani-baha-alir-391-milyonun-s%C9%99b%C9%99bi/

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s