Gürcü ordusunda sərxoşluğa qarşı mübarizə gücləndiriləcək

Gürcüstan Silahlı Qüvvələrində sərxoşluğa və şans oyunlarına qarşı mübarizə gücləndiriləcək. Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies İnstitute) Gürcüstan Müdafiə Nazirliyinə istinadən bildirir ki, mübarizə yaxın vaxtlarda hökumətin təsdiq edəcəyi “Müdafiə Nazirliyi sistemindəki hərbi heyətin Hərbi İntizam Nizamnaməsi” çərçivəsində gücləndiriləcək.

geo-army

“Statistik məlumatlar göstərir ki, hərbi qulluqçuların şans oyunlarında iştirakı sonradan əsgərlərin fiziki sağlamlığına təsir edəcək, hətta bəzi hallarda onların yaşamaq hüququnu əlindən alacaq kədərli, qəbuledilməz hallara gətirib çıxarır”, – deyə Müdafiə Nazirliyi bəyan edir. Nazirlik həmçinin qeyd edir ki, əsas diqqət həmçinin Silahlı Qüvvələrdə ləyaqət məsələsinə yönəldilib. “Müdafiə Nazirliyi və Silahlı Qüvvələr ləyaqətə münasibətdə qəbuledilməz hərəkətlərə qarşı kəskin mövqe tutmaqda davam edəcək“, – deyə məlumatda bildirilir.

Gürcüstan Müdafiə Nazirliyi bəyan edir ki, hərbi xidmətdə olan əsgərlərin və ya ictimai yerlərdə hərbi geyimdə olan şəxslərin spirt qəbul etməsi və ya spirtin təsiri altında olması hallarında onlar cəzalandırılacaq.

Sözgedən dəyişikliklər İntizam qaydalarının yeni layihəsində əksini tapəb və təsdiqlənmək üçün hökumətə təqdim olunacaq.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s