Gürcü ordusunda inzibati həbs ləğv olunur. Əsgər və zabitlərin hüquqları bərabərləşdirilir – YENİ NİZAMNAMƏ

Gürcüstan Silahlı Qüvvələri üçün yeni İntizam Nizamnaməsi hazırlanıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies İnstitute) Gürcüstan Müdafiə Nazirliyinə istinadən bildirir ki, yeni sənəd “Müdafiə Nazirliyi sistemindəki hərbi heyətin Hərbi İntizam Nizamnaməsi” adlanır.

Bu gün Gürcüstan Müdafiə Nazirliyində müdafiə nazirinin və yüksək vəzifəli şəxslərin iştirakı ilə yeni Nizamnamənin son versiyası müzakirə olunub. Yeni sənədə görə, hərbi qulluqçuların inzibati həbsi ləğv edilir və əsgər və zabitlərə münasibətdə bərabər yanaşma nümayiş və təbliğ etdirilir. (ardı videodan sonra)

“Hərbi qulluqçuların inzibati həbsinin, bir sözlə Hauptvaxtların ləğvi əsas addımdır. Biz hesab edirik ki, NATO-ya üzvlük məqsədini hədəf seçmiş Gürcüstan üçün bu çox vacibdir. Yeni nizamnamı ilə hərbi heyətin hüquqlarının daha yaxşı qorunması mümkün olacaq”, – deyə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli bu gün bəyan edib.

gurc-mudafie

“Yenilik ondan ibarətdir ki, bütün hərbi heyətin məsuliyyəti bərabər olacaq. Əgər törədilmiş zorakılıq halı oxşardısa, amma bu zorakılığa görə əsgər və zabitlər üçün nəzərdə tutulmuş məsuliyyət fərqlidirsə, bu düzgün yanaşma deyil. Biz inanırıq ki, əgər biz səhvləri aradan qaldırırqsa, nəticədə hamının bərabər məsuliyyətini nəzərdə tutan durum ortada olmalıdır”, – deyə o bildirib.

gurcu-ordusu

“Misal üçün, əgər hərbçi içkilidirsə və xidmət edirsə, fərqi olmamalıdır ki, o əsgərdir, yoxsa zabit. Hamının məsuliyyəti bərabər olmalıdır və qanunvericilk təşəbbüsündə bu əsas ideyadır. Bu, bizim hərbi heyətə gömək edəcək ki, onlar hüquqları uğrunda bərabər mübarizə aparsınlar”, – deyə nazir deyib.

Müdafiə nazirinin sözlərinə görə, yeni sistemin hazırlanmasında NATO-nun üzv ölkələrinin ən yaxşı təcrübələrindən istifadə olunub. “Bizim əsgərlər öz işlərinin üstünlüklərini və dövlətin bu istiqamətdə həvəsləndirici qanunlarını hiss etməlidirlər”, – deyə nazir bildirib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, Gürcüstanda “Müdafiə Nazirliyi sistemindəki hərbi heyətin Hərbi İntizam Nizamnaməsi” yaxın gələcəkdə təsdiq olunaraq Silahlı Qüvvələrdə tətbiq olunacaq.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s