İki ayda Azərbaycan 8 hərbçisini itirib – STATİSTİKA

2016-cı ildə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 8 hərbi qulluqçu dünyasını dəyişib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute CDSI) bildirir. Qurumun Azərbaycan Müdafiə Nazirliyinin və kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, fevralın 29-na olan məlumata görə, dünyasını dəyişənlərin 4-ü döyüş, 4-ü isə qeyri döyüş itkisidir.

xezer

Silahlı Qüvvələrin 4 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. Bir nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. Dünyasını dəyişənlərin 5-i əsgər, ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 1 nəfərsə leytenant rütbəli zabit olub. Dünyasını dəyişənlərin 7-si Müdafiə Nazirliyinin, 1-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Məlumat, rəy göndərmək istəyənlər caspiandefense@gmail.com ünvanına yaza bilərlər.

CDSI İnformasiya Departamenti

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s