Həlak olan, yaralanan hərbçilərə nə qədər pul verilir?

„Xəzər“ Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda sosial məsələləri nizamlayan qanunvericilik aktlarının monitorinqini davam etdirir. Əsas hədəfdə olan qanunlardan biri də Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Qanundur. Xatırladaq ki, sözügedən qanuna görə, dünyasını dəyişən hərbi qulluqçuların ailə üzvlərinə (vərəsəlik hüququna malik şəxslərə) 11 min manat (100 faiz) sığorta ödənişi edilir. Hərbi qulluqçu hərbi xidmət dövründə aldığı xəsarətə görə isə müxtəlif ödəmələr alır: 1-ci qrup əlillik dərəcəsinə görə 8800 manat (yəni 80 faiz), 2-ci qrup əlillik dərəcəsinə görə 6600 manat (60 faiz), 3-cü qrup əlillik dərəcəsinə görə isə 4400 manat (40 faiz) sığorta ödənişi alır.

Qeyd edək ki, araşdırmalara görə, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan hərbçilərə ödənilən sığorta məbləğinə görə geri qalır. Xatırladaq ki, hazırda Xəzər Hərbi Tədqiqatlar İnstitutu bununla əlaqədar xüsusi araşdırma həyata keçirir və müvafiq qurumlara sorğular göndərilib. Nəticə barədə məlumat http://www.caspiandefense.wordpress.com bloqunda dərc olunacaq.

 

Bu dəfə hərbi qulluqçuların sığortasını nizamlayan Qanunla tanış ola bilərsiniz. Məlumat http://www.azersigorta-az.com saytından götürülüb. 

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir.

Maddə 1. Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilik

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.

Maddə 2. Sığorta olunanlar

Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta edilənlərə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi hey`əti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.

Maddə 3. Sığortaçı

Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır [Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti.

Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı

Bu Qanuna uyğun olaraq hər bir hərbi qulluqçu 11000 (on bir min) manat məbləğində sığorta edilir.

Sığorta haqqı, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] qərarı ilə sığorta məbləğinin və haqqının miqdarı artırıla bilər.

Maddə 5. Sığorta hadisələri və ödənişləri

Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir:

a) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda – 100 faiz;

b) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, kontuziya , travma ), xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə – 100 faiz;

c) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə) – 100 faiz;

ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunananə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik tə`yin olunduqda:

I qrup – 80 faiz;
II qrup – 60 faiz;
III qrup – 40 faiz;

d) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman:

ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nətidıqda, yaxud səhhəti pozulduğuna(xəstəliklə əlaqədar sağlanmlığına ziyan dəydikdə) görə hərbi xidmətə ə yararsız hesab edildikdə – 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yaralı hesab edildikdə- 5 faiz.

Maddə 6. Sığortanın aparılması qaydası

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi] (sığorta etdirənlər) üçün bu məqsədlə hər il dövlət büdcədəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.
Sığorta etdirənlər hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını tə`min etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.

Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi] əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana ə və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.

Maddə 7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər

Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına Azərbaycan Respublikası Dövlət sığorta Kommersiya Şirkəti və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:

a) həlak olması (ölüm) halında;

sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları] notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti;
vərəsəlik hüququnu təsdiq edən sənəd;
sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman yaralanması (kontuziyası), xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rə`yi;

b) əlillik halında:

əlilliyin tə`yin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və tə`yin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti;

hərbi bilet (yaxud onu əvəz edən sənəd);

c) ağır, yaxud yüngül yaralanması halında:

xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı;

ç) hərbi qulluqçunun səhhətinin pozulmasına görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edilməsi halında:

xəstəlik vərəqəsindən çıxarış;
hərbi bilet (yaxud onu əvəz edən sənəd).

Müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi] və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin hərbi hissələri, müəssisə, təşkilat və idarələri, hərbi tədris məktəbləri sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta edilənlərə, yaxud onların vərəsələrinə kömək etməlidirlər.

Sığorta olunan və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır.

Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina

Sığorta olunanaə və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir:
sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən sərxoş vəziyyətdə hərəkət etdikdə.

Maddə 9. Nəzarət və məs`uliyyət

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi] və dövlət sığorta orqanı Azərbaycan Respublikası Dövlət sığorta Kommersiya Şirkəti nəzarət edirlər.

Bu Qanunun müddəalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi], dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məs`uliyyət daşıyırlar.

Maddə 10. Vergitutma

Dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa) və sığorta edilənlərə verilmiş sığorta ödənişlərindən vergi tutulmur.

Maddə 11. Mübahisələrə baxılması qaydası

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələrə məhkəmə qaydasında baxılır.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 20 may 1997-ci il.

№ 296-IQ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (30 noyabr 1997-ci il, № 5, maddə 399).

23 noyabr 2001-ci il tarixli 219-IIQD saylı qanuna əsasən əlavələr və dəyişikliklərlə
Azərbaycan Respublikası Prezidentinin fərmanı — 25.07.97, № 620

«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

İlham Əliyev

Azərbaycan Respublikasınnı Prezidenti

Bakı şəhəri 20 oktyabr 2006-cı il

«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

2. Müəyyən edilsin ki:

«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində, 7-ci maddəsinin birinci hissəsində və 9-cu maddəsində nəzərdə tutulmuş «dövlət sığorta orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət sığorta Kommersiya Şirkəti həyata keçirir;
həmin Qanunun 4-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 6-cı maddəsinin birinci və üçüncü hissələrində, 7-ci maddəsinin ikinci hissəsində və 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi) və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi həyata keçirirlər;
həmin Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi) və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi həyata keçirirlər;
həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinin «a» bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 25 iyul 1997-ci il

№ 620

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 400).

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s