“2015-ci il Azərbaycan – Ermənistan təmas xəttində atəşkəsin imzalandığı 1994-cü ildən bu yana ən ölümcül il hesab olunur” – EUCOM Komandanı

2015-ci il Azərbaycan – Ermənistan münaqişəsində atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana ən ölümcül il hesab olunur. “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, bunu ABŞ Avropa Qüvvələrinin (EUCOM) Komandanı PHILIP BREEDLOVE fevralın 25-də qurumun rəsmi saytında dərc olunmuş genişhəcmli bəyanatında bildirib.

PHILIP BREEDLOVE

Geniş həcmli bəyanat dünyadakı təhlükələrdən, müharibələrdən, xüsusilə də Rusiyanın dünyada və o cümlədən postsovet məkanındakı sabitliyə təhlükə olan hərəkətlərindən bəhs edir. Eyni zamanda Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və başqa postsovet ölkələrinin təhlükəsizlik durumları təhlil edilir.

“Azərbaycan və Ermənistana gəldikdə, Rusiya Minsk Qrupunun üzvüdür, bu proses Dağlıq Qarabağ münaqişəsinin həllinə hədəflənib. Buna baxmayaraq Moskva Azərbaycana silah satmaqla və Ermənistanda hərbi mövcudluğunu saxlamaqla regionda qeyri-sabitliyi gücləndirib”, – deyə o bildirib.

U.S. European Command

Amerikalı general daha sonra qeyd edib: “Reallıqda Təmas xətti boyunca və Ermənistan – Azərbaycan sərhədində son iki ildə zorakılıq xüsusilə güclənib. 2015-ci il isə atəşkəsin imzalandığı 1994-cü ildən bu yana ən ölümcül il hesab olunur. Mürəkkəb Dağlıq Qarabağ münaqişəsi sülh və təhlükəsizliyin Avropadan Qafqaza yayılmasında yəqin ki, ən ciddi maneədir”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s