Müdafiə Nazirliyi xaricdən hərbi texnikanı baha alır – 391 MİLYONUN SƏBƏBİ

Manatın devalvasiyası və eyni zamanda neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın müdafiə xərclərinin dəyərində müvafiq azalma hiss olunur. Xüsusilə də Azərbaycan Müdafiə Nazirliyinin ehtiyacları üçün xaricdən alınmaqda olan silah, hərbi texnika və müxtəlif təchizat vasitələrinin qiymətlərinin kompensasiya olunması zəruriyyəti yaranıb. Cari ildə müdafiə xərclərinin 391 milyon manat arıtırlması da məhz bununla əlaqədardır. Bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bildirir. Qurumun proqnozlarına görə, böyük ehtimalla sözügedən artım kifayət etməyəcək və ilin ikinci yarısında müdafiə xərclərinin daha 300-400 milyon manat artırılması qərarı verilə bilər.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycanın müdafiə xərcləri son devalvasiyadan sonra dəyər baxımından faktik olaraq bir milyard dollar itkiyə məruz qalıb. Bu itkinin ciddi hissəsinin Azərbaycanın xaricdən, xüsusilə də Rusiyadan silah və hərbi texnika alınması istiqamətində ziyanlı təsirinin ortaya çıxması səbəbindən müdafiə xərclərinin artırılması perspektivi qaçılmaz idi. “Amma görünən odur ki, Azərbaycan Silahlı Qüvvələrinin postneft dövrünə keçidi ağrılıdır. Narahatlıq doğuran məsələ budur ki, hökumətin bu istiqamətdə hər hansı ciddi, əsaslandırılmış strateji sənədi yoxdur”, – deyə Xəzər İnstitutunun direktoru Cəsur Sümərinli bildirir. Onun sözlərinə görə, əgər hökumət qısa zaman kəsiyində Silahlı Qüvvələrdə ciddi islahatlar həyata keçirməsə, bu, tezliklə hissediləcək problemləri ortaya çıxaracaq.

h4

Xatırladaq ki, „Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında“ qanunda dəyişikliklər layihəsində əksini tapan dəyişikliyə görə, Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat və ya 21,3% artırır (“APA-Economics“). Qanun layihəsində bu il üçün müdafiə xərcləri 2 mlrd. 229 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 2 mlrd. 114 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür. Qeyd edək ki 2016-cı ilin təsdiqlənmiş büdcəsində cari il üçün müdafiə xərcləri 1 mlrd. 838 mln. manat səviyyəsində proqnozlaşdırılmışdı. Bu vəsaitin 1 mlrd. 723 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.

Rəsmi məlumatda bildirilir ki, müdafiə xərclərinin artmasının səbəbi müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 mln. manat artırılması ilə bağlıdır.

2016-cı il üzrə Azərbaycanın müdafiə xərcləri: təsdiq olunmuş büdcə və dəyişikliklər  layihəsi

İstiqamətlər 2016 (yeni layihə) 2016 (təsdiq olunmuş)
Ümumi müdafiə xərcləri 2 mlrd. 229 mln. manat 1 mlrd. 838 mln. manat
Müdafiə qüvvələri 2 mlrd. 114 mln. manat 1 mlrd. 723 mln. manat
milli təhlükəsizlik 108 mln. 895 min manat 108 mln. 895 min manat
müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar 2 mln. 422 min manat 2 mln. 422 min manat
digər kateqoriyalara aid edilməyən xərclər 3 mln. 022 min manatı 3 mln. 022 min manat

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s