Azərbaycan 6 hərbi qulluqçusunu itirib – STATİSTİKA

2016-cı ildə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 6 hərbi qulluqçu dünyasını dəyişib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute CDSI) bildirir. Qurumun Azərbaycan Müdafiə Nazirliyinin və kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, fevralın 13-nə olan məlumata görə, dünyasını dəyişənlərin 4-ü döyüş, 2-si isə qeyri döyüş itkisidir.

shehid

Silahlı Qüvvələrin 4 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası nəticəsində dünyasını dəyişib, bir nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. Dünyasını dəyişənlərin 3-ü əsgər, ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 1 nəfərsə leytenant rütbəli zabit olub. Dünyasını dəyişənlərin hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Araşdırmalar göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində döyüş itkilərinin artım tendensiyası davam edir. Eyni tendensiya erməni ordusunda da özünü göstərir. Belə ki, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun erməni KİV üzərində həyata keçirdiyi monitorinqə görə, 2016-cı ildə erməni tərəfi cəbhə xəttində 3 hərbi qulluqçusunu itirib. 2015-ci ildə isə Azərbaycan tərəfi cəbhə xəttində 34 hərbi qulluqçusunu, Ermənistan tərəfi isə 41 hərbi qulluqçusunu itirib.

Məlumat, rəy göndərmək istəyənlər caspiandefense@gmail.com ünvanına yaza bilərlər.

CDSI Informasiya Departamenti

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s