2016-cı ildə Cənubi Qafqaz Silahlı Qüvvələrində itkilər – MÜQAYİSƏLİ STATİSTİKA

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun Azərbaycan, Gürcüstan və Ermənistanın Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (fevralın 6-dək) 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 7 hərbi qulluqçusunu itirib.

Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu (MN) cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu (MN) avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Bir hərbçi (MN) avtoqəza nəticəsində yaralanıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Monitorinqin nəticələrinə görə, Ermənistan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu (MN) cəbhə xəttində Azərbaycan tərəfinin atəşi nəticəsində dünyasını dəyişiblər. Müvafiq dövrdə hansı sayda erməni hərbi qulluqçusunun yaralanması və ya xəsarət alması barədə məlumat yoxdur.

Cənubi Qafqaz ölkələri arasında ən az sayda hərbi itki əvvəlki illərdə olduğu kimi Gürcüstan Silahlı Qüvvələrinə aiddir. Müvafiq dövrdə Gürcüstan ordusunun bir hərbçisi (MN) H1N1 virusundan dünyasını dəyişib.

2016-cı ildə Cənubi Qafqaz ölkələrinin Təhlükəsizlik və Müdafiə Sektoru üzrə itkilər – MÜQAYİSƏLİ STATİSTİKA (2016, 6 Fevraladək)

Səbəblər Azərbaycan Gürcüstan Ermənistan
Atəşkəs pozuntusu 2 3
Avtoqəza 1
Xəstəlik 1

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Əlaqə üçün email: caspiandefense@gmail.com

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s