Əsgər çəkməsi qalmaqalı. İlham Əliyev Zakir Həsənovu „ciddi nəzarətə“ götürür?

Dünən prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirib ki, Azərbaycanın bəzi hərbi qurumları ölkədə istehsal olunan „gözəl ayaqqabıları“ bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır.
zakir-ilhamm
„Nə üçün? Ona görə, bax, bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir” – deyə İlham Əliyev bildirib.
Sual oluna bilər: Söhbət hansı hərbi qurumlardan gedir?
Bir xatırlatma: 2014-cü ildə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən Türkiyədən Azərbaycan Ordusu üçün yeni dəri botinkalar sifariş edilib. Türkiyənin məşhur çəkmə firması olan Yakupoğlu Dəri Sənayə Şirkətinin başqanı Vədat Yakupoğlu azərbaycanlı əsgərlər üçün 125 min cüt çəkmə sifariş aldıqlarını bildirib. Şirkət rəhbəri artıq müqavilələrin də imzalandığını diqqətə çatdırıb.
Söz yox ki, ötən illərdə digər hərbi qurumlar da Türkiyədən və digər xarici ölkələrdən əsgər çəkmələri alıblar. Amma yuxarıda qeyd olunan məlumatda əksini tapan sifarişin yüksək olması və onun məhz Müdafiə Nazirliyi tərəfindən həyata keçirilməsi onu deməyə əsas verir ki, İlham Əliyevin iradı konkret olaraq Zakir Həsənova ünvanlanıb. Beləliklə, əgər İlham Əliyev israrlıdırsa, o zaman Türkiyə ilə imzalanmış müqavilələrin yerinə yetirilməsi istiqamətində problemlər ortaya çıxa bilər.
Hərbi mənbələrin məlumatına görə, sözügedən məsələ faktik olaraq Azərbaycanın müdafiə xərclərinin, xüsusən də şişirdilmiş və ehtiyac duyulmayan müxtəlif istiqamətlərinin ixtisar edilməsi planının tərkib hissəsidir. Bunun əsas səbəbi isə neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiya nəticəsində dəyərini itirməsidir.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu
Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s