Ordu korrupsiyadan necə xilas olmalıdır? – NATO təcrübəsi

Azərbaycan Silahlı Qüvvələri korrupsiya və rüşvətxorluqdan necə xilas olmalıdır? NATO-nun Building Integrity (Dürüstlüyün təmin olunması) proqramının Özünü Qiymətləndirmə Anketində aşağıdakı sahələr diqqət mərkəzində olur. Həmin sahələrdəki problemləri aradan qaldırmaq üçün ciddi tədbirlər görülməlidir. 

1) Demokratik nəzarət və öhdəçilik:
– Parlament nəzarəti;
– Milli müdafiə siyasəti və bu sənədlərə ictimai çatımlıq;
– Müdafiə Nazirliyinin vətəndaş cəmiyyəti, media və QHT-lərlə münasibətləri.
2) Milli anti-korrupsiya qanunları və siyasəti:
– Beynəlxalq anti-korrupsiya müqavilələri və konvensiyalar;
– Milli siyasət və anti-korrupsiya strategiyası;
3) Müdafiə və təhlükəsizlik sahəsində anti-korrupsiya siyasəti;
– Müdafiə Nazirliyində və Baş Qərargahda anti-korrupsiya üzrə öhdəliklərin səviyyəsi;
– Dürüstlük və korrupsiya ilə bağlı Müdafiə Nazirliyində və Silahlı Qüvvələrdə görülən tədbirlər;
– Anti-korrupsiya siyasətinin mövcudluğu və onun həyata keçirilməsinə kim cavabdehdir.
4) Heyət – davranış, siyasət, təlim, intizam:
– Davranış kodeksi;
– Heyət siyasəti və məvaciblər üzrə standart;
– Korrupsiya insidentlərinin araşdırılması prosesi;
– Milli Audit və Anti-Korrupsiya Ofislərinin rolu.
5) Planlaşdırma və büdcələmə:
– Əldə etmə prosesi;
– Müdafiə büdcəsinin şəffalıq dərəcəsi;
– Müdafiə Nazirliyinin xərcləri üzrə audit prosesi;
– Aktivlərin xaric edilməsi prosesi.
6) Əməliyyatlar:
– Korrupsiyaya ünvanlanmış hərbi doktrina;
– Korrupsiya riskləri üzrə təlim və təlimatnamə.
7) Təchizat:
– Müdafiə və təhlükəsizlik təchizatı ilə bağlı qanunlar;
– Təchizata nəzarətlə bağlı mexanizmlər;
– Tender heyətləri, təchizat/xidmət xüsusiyyətləri, tender prosesləri.
8) Müdafiə şirkətləri və digər təchizatçılarla qarşılıqlı əlaqə:
– Biznes sənayesi ilə əlaqələr üzrə mexanizmlər;
– Tender şirkətləri üzrə tələblər (etik proqramlar və s.)
– Şirkətlərə qanunsuzluqlarla bağlı şikayət etməyə imkan verən mexanizmlər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu 

 

Hinterlasse einen Kommentar