2016-cı ilin ilk hərbi itkisi qeydə alınıb…

Hərbçimiz yol qəzasında həlak oldu. Ələtdə “Kamaz” markalı avtomobillə «VAZ 2107» toqquşub

Bu gün (18 yanvar) axşam saat 20.00 radələrində Bakı-Qazax magistralının 66-cı kilometrliyində – Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, «Kamaz» markalı avtomobillə VAZ 2107 markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişin, Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Qarayev Orxan Yaşar oğlu ölüb, bir nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həlak olan Orxan Qarayev Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbçidir. Qəza zamanı xəsarət alan şəxs də onun hərbçi yoldaşıdır. Orxan Qarayev Ağsu rayonu, Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayevin oğludur.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Mənbə: http://avtosfer.az/news/15938

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s