Azərbaycan və Ermənistan ordularının 2015-ci il itkiləri – MÜQAYİSƏLİ STATİSTİKA

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute (CDSI) Azərbaycan və Ermənistan Kütləvi İnformasiya Vasitələri üzrəində apardığı monitorinqin nəticəsinə görə, 2015-ci ildə iki ölkənin Silahlı Qüvvələri cəbhə xəttində ümumilikdə 75 hərbi qulluqçu itirib və bu göstərici son 13 il içərisində ən böyük göstərici hesab olunur. Bununla yanaşı hər iki ölkənin Silahlı Qüvvələri üçün qeyri-nizamnamə halları, intiharlar, bədbəxt hadisələr, zorakılıqlar xarakterik olaraq qalır. Belə ki, tərəflər ötən il qeyri-döyüş səbəblərindən ümumilikdə 69 hərbi qulluqçunu (Silahlı Qüvvələrə aid) itiriblər.

cdsi-cedvel

Ermənistanın itkiləri

Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin (Helsinki Citizens’ Assembly Vanadzor Office (HCAV) hesabatına görə, 2015-ci ildə Ermənistan Silahlı Qüvvələrində və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinddə baş vermiş 58 insident nəticəsində 76 erməni hərbi qulluqçusu dünyasını dəyişib. Bununla yanaşı 2015-ci ildə daha 4 erməni əsgərinin ölümü qeydə alınıb: onlardan ikisi Rusiyanın Ermənistandakı qoşunlarının hərbi qulluqçuları, bir nəfər Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi kimi ehtiyata göndərilmiş əsgər, daha bir nəfərsə Ermənistanın Tavuş əyalətindəki Berd şəhərində hərbi komissardır, həmin komissar sərxoş sakin tərəfindən qətlə yetirilib).

HCA_vanadzor_en

Müqayisə üçün qeyd edilməlidir ki, 2014-cü ildə 41 insident nəticəsində 45 hərbi qulluqçu dünyasını dəyişmişdi.

2015-ci ildə qeydə alınan 76 ölümdən 41-i atəşkəs pozulması nəticəsində baş verib. 3 nəfər qətlə yetirilib (bi nəfər məqsədli qətl, iki hadisə isə silahdan istifadə qaydalarının pozulması nəticəsində), bir əsgər hərbi xidmət qaydalarının pozulması nəticisəində dünyasını dəyişib. 6 nəfər intihar edib və ya intihara vadar edilib. 21 nəfərsə müxtəlif bədbəxt hadisə və qəzalar nəticəsində dünyasını dəyişib, 4 nəfər müvafiq tibbi yardımım olmaması nəticəsində dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində baş vermiş 41 ölümdən 34-ü Azərbaycanın Dağlıq Qarabağ, qalan 7 hadisə isə Ermənistan ərazisində baş verib.

Mənbə: http://asbarez.com/144220/76-soldiers-died-in-armenia-and-karabakh-armies-according-to-2015-report/

Azərbaycanın itkiləri

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute (CDSI) Kütləvi İnformasiya vasitələri üzrəində apardığı monitorinqin nəticəsinə görə isə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələri (yalnız Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələr) 64 insident nəticəsində 68 hərbi qulluqçu itirib.  2014-cü ildə isə Silahlı Qüvvələr 80 hərbi qulluqçu dünyasını dəyişimişdi.

xezer

2015-ci ildə cəbhə xəttində atəşkəsin pozulması nəticəsində 34, mina partlaması nəticəsində isə 3 Azərbaycan hərbçisi həlak olub.

Hərbi hissələrdə baş verən qeyri-nizamnamə hadisələri – zorakılıq və silahdan istifadə qaydalarının pozulması nəticəsində 12 Azərbaycan hərbçisi dünyasını dəyişib. 7 əsgər intihar edib, 8 nəfər müxtəlif bədbəxt hadisələr və digər insidentlər nəticəsində dünyasını dəyişib. 4 hərbi qulluqçu isə müxtəlif xəstəliklərdən dünyasını dəyişib.

Ümumilikdə, 2015-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda (Müdafiə Nazirliyi ilə yanaşı digər hərbi qurumlar) 78 hərbi qulluqçu müxtəlif səbəblərdən dünyasını dəyişib.

Mənbə: www.caspiandefense.wordpress.com

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s