Zakir Həsənovun bayram təbrikində 4 əsas fərq: Heydər Əliyevin adı mətndən çıxarılıb

Müdafiə naziri Zakir Həsənovun 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə 2014 və 2015-ci illərdə etdiyi təbrik mətnlərində 4 əsas fərq var:

zakir_hasanov_131014_3

  • Birinci, Z.Həsənov 2015-ci ildə etdiyi təbrik məktubunu “Сənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!” xitabı ilə başlayır. 2014-cü ildə isə bu hissə belə idi: “Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!”. Məlumatlara görə, Silahlı Qüvvələrəin Nizamnaməsində “yoldaş” sözü yazılsa da, Z.Həsənov 2015-ci ilin əvvəlindən etibarən SQ-də müraciət forması kimi “cənab” sözünün işlədilməsi barədə yazılı əmr verib. Xatırladaq ki, illərdir ki, SQ-də müraciət forması kimi “cənab” sözündən istifadə olunur və bunun qanuni əsasının olub-olmaması heç bir zaman mübahisələndirilməyib.
  • İkincisi, 2014-cü ilin təbrik məktubunun giriş hissəsində Heydər Əliyevin adı belə xatırlanır: “Xalqımızın Ümummilli lideri Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənmiş, xalqımızın milli şüurunun formalaşmasına nail olunmuş və dünya azərbaycanlılarının həmrəyliyi təmin edilmişdir”. Amma 2015-ci ilin təbrik məktubunun mətnindən Heydər Əliyevin adı ümumiyyətlə, çıxarılıb.
  • Üçüncüsü, 2015-ci ilin təbrik məktubunda Z.Həsənov maliyyə-iqtisadi böhrandan danışır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd etdiyi kimi hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir”. Halbuki 2014-cü ilin təbrikində hər hanslı böhrandan danışılmırdı.
  • Dördüncüsü, Z.Həsənov 2014-cü il məktubunun sonunda hərbçilərə arzularında bir növ “azadlıq” vermişdi: “Yeni 2015-ci il arzularımızın həyata keçməsi ili olsun”. Amma 2015-ci il məktubunda isə mənzərə fərqlidi: Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün!”

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

zakir-1

zakir-2

 

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s