Əsgər ölümləri ilə bağlı kitab çap olunacaq

„Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 2003-cü ildən bu yana dünyasını dəyişən hərbi qulluçuların adlarının, statistik tarixçələrinin, ölüm hadisəsinin necə baş verməsinin daxil ediləcəyi kitab üzərində ilkin işlərə başlamışıq. Hesab vedirik ki, bu kitab Azərbaycanda hərbi sahədə dünyasını dəyişən hərbçilərlə bağlı ciddi bir informasiya mənbəyi olacaq“. Bu barədə „Xəzər“ Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli özünün Facebook səhifəsindəki müraciətində bəyan edib.

c1

O, ümid edir ki, bu kitab Azərbaycanda hərbi strukturların rəhbərlərinin, ümumilikdə, hakimiyyətin əsgər həyatını daha çox diqqətə almasına, əsgər ölümlərinin qarşısının alınmasında ciddi tədbirlər görməsinə səbəb olacaq.

„O səbəbdən istəyirik ki, burada son 13 il ərzində dünyasını dəyişən bütün hərbi qulluqçuların adları əksini tapsın. Şübhələrimiz var ki, 2014 və 2015-ci illərdə müəyyən sayda əsgər ölümləri mətbuata çıxmayıb və ya gizlədilib. Eyni hal 2003-2007-ci illər arasında daha geniş vüsət almışdı. Bu səbəbdən bu informasiyanı daha geniş əhali təbəqələri arasında bölüşməyinizi xahiş edirəm. Eyni zamanda 2003-cü ildən öncəyə aid itkilərlə bağlı məlumatlar tərəfimizdən dəyərləndiriləcək“, – deyə Cəsur Sümərinli bildirib.

Onun sözlərinə görə, əgər hansısa məlumatlar varsa onların caspiandefense@gmail.com ünvanına göndərilməsi çox zəruridir.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s