Azərbaycan tərəfi 33, erməni tərəfi isə 37 hərbi qulluqçusunu itirib – AÇIQLAMA

„Atəşi hansı tərəfin açmasından asılı olmayaraq məsuliyyət Azərbaycanın boynundadır“

http://www.moderator.az/news/111532.html

cesur11

„Bizim araşdırmalar göstərir ki, hazırda cəbhə xəttində baş verən proseslər ötən dövrdə baş verənlərdən o qədər də fərqli deyil. Yəni, cəbhədə son 5-6 il ərzində vəziyyət sabit-ağır olaraq qalır, lakin bir sıra anlarda Azərbaycan və Ermənistan hərbi-siyasi rəhbərlikləri bir-birlərinə qarşı münaqişə ilə bağlı informasiya hücumları edirlər ki, nəticədə cəmiyyətdə, o cümlədən mətbuatda cəbhə xəttində vəziyyətin gərginləşdiyi, müharibənin hər zaman başlaya biləcəyi ehtimalına dair fikirlər, ehtimallar səsləndirilir. Amma reallıqda vəziyyət o qədər də fərqli deyil, hər hansı müharibə ehtimalı və ya müharibə hazırlığı yoxdur“.

Bunu Moderator.az-a açıqlamasında Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli bildirib.

Cəsur Sümərinli deyib ki, cari ildə tərəflərin cəbhə xəttində itirdiyi əsgərlərin sayı son 13 il ərzində ən yüksək göstəricilərlə müşayiət olunur: „Bizim institutun ilkin hesablamalarına görə, cari ildə cəbhə xəttində tərəflər ümumilikdə 70-dən artıq hərbi qulluqçu itiriblər. Azərbaycan tərəfi 33, erməni tərəfi isə 37 hərbi qulluqçusunu itirib. Beləliklə, aydın görünür ki, 2015-ci ildə münaqişə tərəflərinin cəbhə xəttində fəaliyyətlərinin fərqli tərəflərindən biri qarşı tərəfi daha çox itkiyə məruz qoymaqdır. Təəssüflər olsun ki, bu durumun 2016-cı ildə də davam edəcəyi, tərəflərin daha çox əsgər itkisi verəcəyini proqnozlaşdırırıq. Əgər hazırkı durumda dəyişiklik olmasa tərəflər 2016-cı ildə daha çox əsgər itirəcəklər“.

Cəsur Sümərinlinin sözlərinə görə, söhbət cəbhə xəttində hər hansı atəşkəs pozuntusundan gedirsə, atəşin hansı tərəfin açmasından asılı olmayaraq bunun əsas məsuliyyəti rəsmi Bakının boynundadır: „Niyə görə? Çünki Azərbaycan hakimiyyətinin münaqişənin həlli istiqamətində, işğal altında olan torpaqların geri qaytarılması istiqamətində hər hansı səmərəli, strateji fəaliyyəti müşahidə olunmur. Münaqişə ərazilərimizdə gedir. Amma Azərbaycan hakimiyyətinin təpərli siyasəti yoxdur. Nəticədə əsgərlərimiz dünyasını dəyişir, şəhid olur. Erməni silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin qarşısı vaxtında alınmır, düşmənə qarşı adekvat cızalandırma sistemi yoxdur. Münaqişə uzanır, nəticədə hər il onlarla əsgərimiz şəhid olur. Kimdir günahkar? Əlbəttə, işğalçı Ermənistandır. Amma bu işğalçını yerində oturtmaq üçün rəsmi Bakı nə edir? Heç nə. Bu nə anlama gəlir? Bu “düşmənin təxribatçı, işğalçı hərəkətlərinə göz yummaq” anlamına gəlir. Əgər Azərbaycan hakimiyyəti 3 il bundan öncə münaqişəni həll etməyə qadir olsaydı, o zaman 80-ə yaxın əsgərimizin həyatını qorumuş olardı. Münaqişə 2003-cü ildə həll olunsaydı, o zaman 250-dən artıq əsgərimiz həyatda olardı, cəbhə xəttində düşmən gülləsinə tuş gəlməzdi. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Amma Azərbaycan hakimiyyəti torpaqların azad olunması istiqamətində hər hansı iş görmür. Nəticədə əsgərlərimiz dünyasını dəyişir. Bütün bunlar rəsmi Bakının yarıtmaz hərbi-siyasi-strateji siyasəti nəticəsində daha da uzanır“.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s