2015-ci ildə Azərbaycanda 71 hərbi qulluqçu dünyasını dəyişib

Xəzər Hərbi Tədqiqatlar İnstitunun (Caspian Defense Studies Institute) Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin ötən dövründə  (6 dekabradək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 71 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 34-ü döyüş (31-i erməni gülləsi, 3 nəfəri mina partlayışı), 37 nəfəri isə qeyri-döyüş itkiləridir.

shehid

Belə ki, 8 nəfər intihar edib, 10 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, bir nəfər naməlum səbəbdən, 6 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 63-ü Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Fövqəladə Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə 25 hərbi qulluqçumuz bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 15 hərbi qulluqçu erməni gülləsindən, 3 nəfər avtomobil qəzasından, 4 nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda artıq ola biləcəyini istisna etmir.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ildə Almaniyada yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir.

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s