TMS: PARLAMENT QARŞISINDA QEYRİ-HESABATLILIQ

parlament

“Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

Müşahidə olunan proses onu deməyə əsas verir ki, Azərbaycanda nəinki media, eyni zamanda Milli Məclis üzvləri TMS-də baş verən proseslər, müdafiə xərclərinin nə şəkildə xərclənməsindən, onun səmərəli olub-olmamasından məlumatsız qalırlar. Araşdırmalar göstərir ki, Azərbaycanın müdafiə xərclərinin təfərrüatları (planlaşdırılması və xərclənməsi ilə bağlı məlumatlar) yalnız Maliyyə Nazirliyində, Nazirlər Kabinetində və Prezident Adminstrasiyasında bəzi şəxslərə bəllidir. 2005-2012-ci illərdə Müdafiə Nazirliyi və digər güc strukturlarının müdafiə xərclərinin formalaşdırılması prosesinə təsiri aşağı olsa da 2013-cü ildən başlayaraq bu istiqamətdə balansın güc strukturlarının rəhbərlərinin xeyrinə dəyişildiyi hiss edilir.

Parlamentdə, xüsusilə də Təhlükəsizlik və Müdafiə Komitəsində təmsil olunan millət vəkillərinin isə müdafiə xərclərinin detalları barədə bilgiləri ya aşağıdır, ya da ümumiyyətlə, yoxdur. Müşahidələr göstərir ki, Milli Məclis deputatlarının TMS-dəki durum, müdafiə xərclərinin detalları barədə ətraflı məlumat əldə etmə imkanları da məhduddur. Onların bu istiqamətdə ciddi problemləri mövcuddur. Millət vəkilləri silah-alqı satqılarına müdaxilə etmək, müdafiə xərclərinin hansı hissələrinin şəxsi heyətin sosial problemlərinin həllinə, ordu üçün kadr hazırlığına yönəldiyi barədə məlumatlar əldə etmək, araşdırma aparmaq səlahiyyətində deyillər. Eyni zamanda Parlamentin TMS-də insan haqlarının durumuna təsir etmək imkanları da məhduddur. Mətbuatın monitorinqi nəticəsində bu istiqamətdə hər hansı pozitiv göstərici qeydə alınmayıb.

Dünyanın əksər yerlərində təhlükəsizlik məsələləri ilə bağlı büdcənin qəbulu və ona nəzarət səlahiyyəti parlamentin əsas funksiyalarına daxildir. Lakin həmin rolun icra olunmasında arzu və imkanlar dövlətdən dövlətə fərqlənir. Düzdür, bir sıra dövlətlərdə parlamentarlar müdafiə xərclərinin mühüm detalları barədə məlumat toplaya bilmirlər və onların fəaliyyəti məxfiliklə məhdudlaşdırılır və nəticədə deputatlar müəyyən vəsaitlərin yerləşdirilməsi və xərclər barədə məlumatlar əldə etməyə çətinlik çəkirlər. Azərbaycan kimi ölkələrdə müdafiə xərclərinin formalaşdırılması və istifadəsi məsələsi daha çox ölkə rəhbərliyi və silahlı qüvvələrin ixtiyarına buraxılır və bu prosesdə parlamentin rolu məhdudlaşdırılır.

Son iki il ərzində Azərbaycanda TMS-lə bağlı iki ciddi hadisə baş versə də (2013-cü ildə Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik və 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin faktiki həbsi) onların heç biri Milli Məclisin müzakirəsinə çıxarılmadı və ona Parlament tərəfindən hər hansı qiymət verilmədi. Halbuki həm birinci, həm də ikinci halda söhbət TMS-də ciddi cinayət hallarından, büdcə vəsaitlərinin mənimsənilməsindən gedirdi və Parlamentin ümumilikdə və eyni zamanda Təhlükəsizlik və Müdafiə Komitəsi çərçivəsində buna qiymət verməsi qaçılmaz idi. Bununla yanaşı Hərbi Prokurorluq orqanlarının qeyd edilən hər iki nazirlikdə baş verən hadisələrlə bağlı hər hansı ciddi araşdırmalar aparması cəmiyyətə bəlli deyil, ən azından bununla bağlı mətbuata indiyədək təfsilatlı məlumat verilməyib.

Həyata keçirilən müşahidələr göstərir ki, TMS-in Parlament qarşısında qeyri-hesabatlılığı – qapalılıq bir sıra ciddi problemlərin ortaya çıxmasına səbəb olur:

– büdcə nəzarətsiz qalır, oğurlanır, büdcənin korrupsiyaya uğramasına şərait yaranır;

– Silahlı Qüvvələrin, güc strukturlarının təyinatına uyğun istifadə olunmadığı şərait yaranır;

– TMS-n nəzarətsizliyinə səbəb olur, Silahlı Qüvvələrin, güc strukturların demokratik idarəolunmasının qarşısını alır;

– TMS-də müasir standartlara uyğun islahatların həyata keçirilməsinə maneçilik törədir;

– Əsgər ölümlərinin sayının artmasına, cinayətkarların cəzalandırılmamasına gətirir,

– Təhlükəsizlik və müdafiə sektorunda insan haqlarının pozulmasına səbəb olur;

– Zərurətdən artıq silahlanmanın aparılmasına səbəb olur;

– Silah və texnikanın alınması üzrə korrupsiya faktlarının artmasına səbəb olur;

– Dövlətlərarası münasibətlərdə sui-istifadəyə, şəxsi mənfəətlərin güdülməsinə səbəb olur və s.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s