ORDUDA KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

mn

ORDUDA KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ

Araşdirmalar göstərir ki, Azərbaycanın güc strukturlarına qarşı korrupsiya ittihamları səngimir. 2015-ci ilin ilk 10 ayı üzrə mətbuat üzərində həyata keçirilən araşdırmalara görə, daha çox Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Milli Təhlükəsizlik Nazirliklərinin adları korrupsiya ittihamlarında sadalanır. Xüsusilə qeyd etmək lazımdır ki, MTN-də rəhbər dəyişiklikləri baş verəndən sonra məhz bu qurumda korrupsiya və digər cinayətlərin baş verməsi medianın əsas müzakirə mövzusudur.

Beləliklə, cari ildə mediada TMS-də korrupsiya halları ilə bağlı olunan məqalələrin təxminən 25 faizində Müdafiə Nazirliyindəki korrupsiya hallarından danışılır. MTN-in bu statistikada yeri son olaylardan sonra təxminən 40 faiz təşkil edir. MSN-lə bağlı statistika 15 faiz göstərir. HP – 10 faiz, DQ -5 və DSX isə 5 faiz təşkil edir.

Mətbuatın monitorinqi göstərir ki, bu gün Azərbaycanın güc strukturlarında korrupsiya və rüşvətxorluq halları aşağıdakı istiqamətlərdə özünü göstərir:

– Xarici və yerli hərbi sənaye müəssisələrindən silah və texnikanın alınmasında;

– Yerli müəssisələrdə və xarici hərbi sənaye obyektləri ilə müştərək silah və hərbi texnika istehsalında və satışında;

– Silah və texnikanın əsaslı təmirində, onların saxlanımaslında və utilizasiyasında;

– Hərbi tədbir və təlimlərin keçirilməsində;

– Müxtəlif təyinatlı tenderlərin keçirilməsində;

– Hərbi təyinatlı tikinti sahəsində;

– Hərbi birləşmələrin yanacaq-sürtkü materialları ilə təminat sahəsində;

– Hərbi qulluqçuların ərzaq, geyim və digər (o cümlədən mənzil) təminatlarında.

Eyni zamanda aşağıdakı proseslərdə də korrupsiya və rüşvətxorluq hallarının mövcudluğuna dair məlumatlar var:

–         Hərbi xidmətə çağırış sistemində;

–         işə qəbulda, kadr siyasətində, kadrların hazırlığında və kadrların yerləşdirilməsində;

–         rütbələrin verilməsində;

–         tibb xidmətlərinin göstərilməsində;

–         hərbi qulluqçulara pul kompensasiyalarının ödənilməsində.

Müdafiə Nazirliyində korrupsiya, mənimsəmələr, maliyyə mənimsəmələri, rüşvətxorluq hallarına həsr olunan məqalə və xəbərlərin təhlili əsasən aşağıdakı istiqamətlərdə göstəriciləri ortaya çıxarıb:

  • Hərbi silah və texnikanın alışı zamanı mənimsəmələr – 40 faiz;
  • Hərbi büdcənin israfçılığı – 25 faiz;
  • Təchizat prosesi, o cümlədən tenderlərlə bağlı mənimsəmələr – 15 faiz;
  • Kadr heyətinin (zabit, gizir, çavuş, MANXQ, əsgər, mülki işçilər) təyinatı (o cümlədən hərbi məktəblərdə) zamanı mənimsəmələr – 10 faiz;
  • Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.

Milli Təhlükəsizlik Nazirliyindəki korrupsiyaya həsr olunmuş məqalələrdə isə faiz etibarilə aşağıdakı istiqamətlərdə mənimsəmələrin olduğu göstərilir:

  • Büdcənin israfçılığı – 30 faiz;
  • Təchizat prosesi, o cümlədən tenderlərlə bağlı mənimsəmələr – 20 faiz;
  • Kadr heyətinin təminatı zamanı mənimsəmələr – 20 faiz;
  • MTN-dən kənar şəxslərlə (daha çox sahibkarlar və s.) əlaqələr zamanı ortaya çıxan mənimsəmələr – 20 faiz;
  • Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.

Müdafiə Sənayesi Nazirliyi ilə bağlı aşağıdakı istiqamətdə faizlər diqqəti cəlb edir:

  • Hərbi sahədə istehsal müəssisələrinin qurulması, fəaliyyəti, yenilənməsi və s istiqamətdə ayrılan dövlət büdcəsindən mənimsəmələr – 50 faiz;
  • Silah və hərbi texnika istehsalı və onların TMS-ə göndərilməsi zamanı baş verən mənimsəmələr – 20 faiz;
  • Xarici ölkələrlə ikitərəfli əməkdaşlıq nəticəsində ortaya çıxan mənimsəmələr – 10 faiz;
  • Kadr təyinatı zamanı mənimsəmələr – 10 faiz;
  • Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.

Hərbi Prokurorluq orqanlarının fəaliyyətində ortaya çıxan korrupsiya faktları ilə bağlı mətbuatda dərc olunan məqalələrin təhlili göstərir ki, bu qurumda korrupsiya faizləri aşağıdakı istiqamətlər üzrə bölünür:

  • Büdcə vəsaitlərinin israfı və ya mənimsənilməsi – 30 faiz;
  • Hərbi hissələrdə cinayət hallarının ört-basdır edilməsi zamanı həyata keçirilən rüşvət və korrupsiya əməlləri – 50 faiz;
  • Kadr təyinatı zamanı ortaya çıxan mənimsəmələr – 10 faiz;
  • Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.

Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların fəaliyyəti zamanı ortaya çıxan korrupsiya hərəkətləri barədə mətbuatın yazdıqlarından ortaya çıxan qənaət belədir:

  • Büdcə vəsaitlərinin israfı və ya mənimsənilməsi – 50 faiz;
  • Kadr təyinatı zamanı ortaya çıxan mənimsəmələr – 30 faiz;
  • Digər istiqamətlərdə ortaya çıxan pozuntular ə 20 faiz.

Beləliklə qeyd eidlən 6 strukturun fəaliyyətində ortaya çıxan korrupsiya və rüşvətxorluq hallarına dair medianın yazdığı məqalələrin analizi göstərir ki, TMS-də ümumilikdə aşağıdakı istqamətlər üzrə əsasən korrupsiya hallarına rast gəlinir.

Maraqlısı ondan ibarətdir ki, MTN-də baş verən son olayları çıxmaq şərtilə digər güc strukturlarında son illərdə rəsmən korrupsiyaya qarşı tədbirlərin həyata keçirildiyi və bunun nəticəsində xeyli sayda hərbi qulluqçunun məhz rəmən korrupsiya ittihamına görə həbs olunması hallarına demək olar ki, rast gəlinməyib.

TMS-də korrupsiya ilə bağlı istiqamətlərdən biri tenderlərlə bağlıdır. Mətbuatın yazdığına görə, tenderlər əksər hallarda qapalı keçirilir və hansı şirkətin hansı xüsusiyyətlərinə görə qalib gəldiyinə aydınlıq gətirilmir. Bundan başqa, güc strukturlarının fəaliyyətinə ayrılmış vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair müəyyən məlumatlar da var. Ümumilikdə müdafiə xərclərindən düzgün istifadə olunmamasına dair cəzalandırma sistemi necə işləyir? Bu da mətbuatın hədəfində olan əsas suallardan biridir.

Ümumilikdə Azərbaycanın güc strukturlarında korrupsiya və rüşvətxorluğun vəziyyətindən danışarkən ölkədəki ümumi vəziyyəti diqqət mərkəzində saxlamaq lazımdı. Ölkədəki ümumi şəffaflığın olmaması, bazar iqtisadiyyatına uyğun münasibətlərin qurulmaması, demokratik institutların olmaması güc strukturlarının fəaliyyətinə də mənfi təsir göstərib. Bir sıra məlumatlarda qeyd olunur ki, güc strukturları müəyyən qrupların təsir dairəsindədirlər.

Bu gün güc strukturlarının korrupsiyaya qarşı bəyan edilmiş və ictimai dəstək qazanmış mübarizə strategiyaları yoxdur. Eyni zamanda parlamentin müdafiə xərclərinə müdaxilə etmək səlahiyyətləri məhduddur.

Orduda korrupsiya halları necə yaranır? Bunun əsas səbəbləri nədən ibarətdir? Araşdırmalar göstərir ki, aşağıdakı səbəblər Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və rüşvətxorluq hallarının yaranmasına gətirib çıxarır:

– Ölkənin özündə korrupsiya adi hala çevrilib, dövlətin özündə, strukturlarında bunun üçün çox münbit şərait formalaşıb, korrupsiya hakimiyyətin qeyri-rəsmi dövlət siyasətinə çevrilib;

– Bu gün ölkədə sovet dövründən qalma idarəetmə mexanizminin özü korrupsiya və rüşvətxorluğa həvəsləndirir;

– Korrupsiyaya qarşı səmərəli mübarizə üsullarının ortada olmaması, təkmil cəzalandırma sistemi yoxdur;

– Müdafiə xərclərinin tərkibinin və onun xərclənməsi qaydalarının cəmiyyət üçün qeyri-şəffaf olması;

– Müxtəlif hərbi məqsədli tenderlərin keçirilməsində şəffaflığın olmaması;

– Bu və digər hərbi-iqtisadi məsələlərdə inhisarlaşmanın tüğyan etməsi;

– Şəxsi heyətin öz hüquqlarını bilməməsi və hüquqlarının müdafiəsi istiqamətində israrlı mübarizə aparmamaları;

– Ölkədə hakimiyyət qollarının real müstəqilliyinin olmaması;

– Təhlükəsizlik və müdafiə sektorunda çoxsaylı bürokratik əngəllərin olması;

– Ölkədə təhlükəsizlik və müdafiə sektoru üzərində cəmiyyət nəzarətinin olmaması.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s