ƏSGƏR ÖLÜMLƏRİ: SƏBƏBLƏR VƏ PERSPEKTİVLƏR

shehid

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.

ƏSGƏR ÖLÜMLƏRİ: SƏBƏBLƏR VƏ PERSPEKTİVLƏR

Son 4-5 illə müqayisədə 2015-ci ildə itkilərin ümumi sayında azalma müşahidə olunsa da Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda artıq ola biləcəyini istisna etmir. Ötən illərdən fərqli olaraq məhz son bir il ərzində TMS-də əsgər ölümləri barədə hər bir informasiyanın mediaya çıxması yolunda güc strukturlarının, xüsusilə də MN və MTN-in qeyri-rəsmi senzurası mövcuddur. Beləliklə, monitorinqin həyata keçirildiyi müddətdə Azərbaycan mətbuatına əsgər ölümləri barədə hər hansı məlumatı dərc etməyə və paylaşmağa qeyri-rəsmi qadağa qoyulması səbəbindən TMS-də əsgər ölümlərinin real statistikasını əldə etmək çətin olub. Amma buna baxmayaraq rəsmi və qeyri-rəsmi məlumatların monitorinqi göstərir ki, TMS-də əsgər ölümlərinin sayının azalması tendensiyasından danışmaq hələ tezdir. Kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində aparılan monitorinqin nəticələrinə görə, 2015-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 67 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 31-i döyüş (28-i erməni gülləsi, 3 nəfəri mina partlayışı), 36 nəfəri isə qeyri-döyüş itkiləridir. Belə ki, 8 nəfər intihar edib, 9 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, bir nəfər naməlum səbəbdən, 6 nəfərsə xəstəlikdən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Fövqəladə Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

2015-ci ildə 21 hərbi qulluqçu bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 11 hərbi qulluqçu erməni gülləsindən, 3 nəfər avtomobil qəzasından, 4 nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

Belə bir vəziyyətdə bəzi güc strukturlarının rəhbərlikləri ictimai rəyi çaşdırmağa cəhd edirlər. Xüsusilə hərbi prokuror, Ədliyyə general-leytenantı Xanlar Vəliyevin oktyabrın 1-də “Xalq” qəzetində dərc olunan məqaləsində ziddiyyətli məqamlar mövcuddur. Hərbi prokuror iddia edir ki, 2003-cü illə müqayisədə 2015-ci ildə adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55%, digər səbəblərdən ölümlər isə 10% azalıb. Onun sözıərinə görə, 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb, cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri ümumiyyətlə qeydə alınmayıb.

Amma CDSİ-nin apardığı araşdırmalar nəticəsində ortaya çıxan faktlar hərbi prokurorun fikirlərində ciddi ziddiyyətlərin olduğunu üzə çıxardır. Aşağıda təqdim olunan cədvəldən aydın olur ki, itkilərin sayı 2003-cü illə müqayisədə nəinki azalmayıb, hətta artıb. Üstəlik iki nəfər qar uçqunundan (cədvəldə bu bədbəxt hadisələr kateqoriyasına daxil edilib) yaranan donvurmadan dünyasını dəyişdiyi bildirilir ki, X.Vəliyev ümumiyyətlə, bunu təkzib edir. Araşdırmalar göstərir ki, X.Vəliyevin statistikası o zaman həqiqət ola bilər ki, 2003-cü il itkiləri barədə rəqəmlərin daha çox olması barədə alternativ statistika irəli sürsün.

2003 və 2015-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin müqayisəli göstəriciləri (CDSİ)

 

 

İllər/

səbəblər

Qeyri-döyüş Döyüş  

 

Cəm

 

Güc strukturları üzrə təsnifat
Qeyri nizam-ə

hadisəsi

Intiharlar,

ehtiyatsızlıq

Avto və təyyarə qəzalar Bədbəxt hadisələr Xəstəliklər (zəhər-mə) Müəmmalı, naməlum ölüm əməliyyat tədbiri Erməni gülləsi

 

Mina part-ı
2015 9 11 5 4 6 1 0 28 3 67 MN-59, DSX-3,

FHN-3, MTN-2

2003 10 8 1 5 7 3 0 16 7 57 MN-54, DSX-2, ƏN-1

 

Ümumilikdə isə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSİ) tərəfindən aparılan 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru üzrə əsgər ölümlərinin statistikası itkilərlə bağlı ümumi təsəvvürü yaratmağa imkan verir:

2003-2015-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin müqayisəli göstəriciləri (CDSİ)

 

 

İllər/

səbəblər

Qeyri-döyüş Döyüş  

 

Cəm

 

Güc strukturları üzrə təsnifat
Qeyri nizam-ə

hadisəsi

Intiharlar,

ehtiyatsızlıq

Avto və təyyarə qəzalar Bədbəxt hadisələr Xəstəliklər (zəhər-mə) Müəmmalı, naməlum ölüm əməliyyat tədbiri Erməni gülləsi

 

Mina part-ı
2015 9 11 5 4 6 1 0 28 3 67 MN-59, DSX-3,

FHN-3, MTN-2

2014 11 17 13 3 10 4 0 29 4 91 MN-80, DSX-3, DQ-4,

ƏN-4

2013 10 16 17 9 14 3 1 11 0 81 MN-61, DSX-6, DQ-10, XDMİ-1, SHXÇDX-1,

FHN-2 (Naxçivan FHN-1)

2012 19 19 16 8 14 1 1 16 3 97 MN-84, DSX-6,DQ-4,

MTN-2, SHXÇDX-1

2011 17 12 17 17 12 9 1 13 1 99 MN-89, DSX-4,

DQ-5, XDMİ-1

2010 16 9 15 1 7 5 1 16 1 71 MN (əksəriyyət)
2009 18 5 10 7 8 4 1 8 3 64 MN-57, DSX-3,

DQ-1, MTN-2, XDMİ-1

2008 10 11 6 14 7 3 3 18 0 72 MN-61, DSX-5,

DQ-5, ƏN-1

2007 15 10 7 5 1 2 0 16 6 62 MN-58, DSX-3, DQ-1
2006 6 7 8 12 1 1 0 12 1 48 MN-45, DSX-2, MTN-1
2005 4 4 2 3 0 2 0 22 2 39 MN-33, DSX-5, DQ-1
2004 10 5 1 7 0 0 0 10 4 37 MN-35, DSX-1, DQ-1
2003 10 8 1 5 7 3 0 16 7 57 MN-54, DSX-2, ƏN-1
Cəm 155 134 118 95 87 38 8 215 35 885 MN-787 , DSX-43, DQ-32, ƏN-6, MTN-7, SHXÇDX-2, FHN-5, XDMİ-3

 

Beləliklə, 2003-cü ildən bu günə Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektoru üzrə həyata keçirilən araşdırmalar göstərir ki, əsgər ölümləri əsasən 4 istiqamətdə özünü göstərir:

  Səbəblər Ölənlərin sayı
1 Qeyri-nizamnamə halları (o cümlədən intiharlar) 289 nəfər
2 Ermənistan ordusunun gülləsi 215 nəfər
3 Bədbəxt hadisələr (o cümlədən avto və təyyarə qəzaları) 213 nəfər
4 Digər hallar (o cümlədən xəstəliklər) 168 nəfər
  Cəm 885 nəfər

 

Araşdırmalar göstərir ki, cəbhə xəttində əsgərlərin həlak olmalarının əsas səbəbi müharibə şəraiti ilə bağlı olsa da, mətbuatda dərc olunan bir sıra iddialara görə, itkilərin bir çoxusu təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verir. Ümumilikdə, araşdırmalar göstərir ki, TMS-də itkilərin bir sıra səbəbləri dəyişməz qalır:

Ümumi səbəblər TMS-daxili problemlər
Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması səbəbindən Silahlı Qüvvələrin böyük hissəsinin ekstremal şəraitdə xidmət etməsi Hərbi Hissələrin müasirləşdirilməsi və NATO standartlarına keçidi istiqamətdə qarşıya qoyulan hədəflərin qeyri-müəyyən olması
Cəbhə xəttində xidmət edən hərbi qulluqçularda ehtiyatsızlıq hallarının artması Hərbi qulluqçuların sosial təminatının aşağı olması və son illər müdafiə xərclərinin kəskin artımına baxmayaraq bu istiqamətdə diqqət çəkən işlərin görülməməsi
Azərbaycan Silahlı Qüvvələrinin peşəkar – müqaviləli sistemə keçidinin ləngiməsi Müdafiə xərcləri sosial yönümlü deyil, yəni məvaciblərə, mənzil təminatına, güzəşt və imtiyazlara sərf olunmur
Cəmiyyət və hərbi-siyasi rəhbərlik tərəfindən təhlükəsizlik və müdafiə sektorunun qayğılarına laqeydlik göstərilməsi Orduda xidmət yükünün bərabər paylaşdırılmaması, nəticədə nizam-intizamın zəifləməsi
Qanunların alilyinin və insan hüquqlarının təmin olunmasında geriləmələr Kadr siyasətində ədalətsizlik, mülki və hərbi vəzifələrin konkret və aydın ayrılmaması
Ordu ilə cəmiyyət arasında qarşılıqlı əlaqənin səmərəli qurulmaması Hərbi hissələrdə mənəvi-psixoloji gərginlik
Cəbhə xəttinin uzun olması səbəbindən şəxsi heyətin paylaşdırılmasına problemlərin ortaya çıxması İdarəçilik sisteminin sovet sisteminə uyğunluğu, kiçik zabit heyətinin və komandirlərin şəxsi heyətlə iş bacarığının və idarəetmə təcrübəsinin zəif olması, nəticədə hərbi qulluqçular arasında tabeçilik münasibətlərində problemlərin ortaya çıxması
Mühəndis-istehkam işlərinin zəifliyi, müşahidə vəsaitlərinin azlığı Baş vermiş cinayət hadisələrinin bir çox hallarda dərindən araşdırılmaması
Hakimiyyətin, Nazirlər Kabinetinin, Milli Məclisin, Ombudsmanın laqeydliyi Qeyri-hesabatlılıq, qapalılıq və qeyri-şəffaflıq. Cəmiyyət qarşısında cavebdehlik daşımaq məsuliyyətindən müdafiə olunmaq instinktinin itirilməsi
Ölkə ictimaiyətinin, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, həmkarlar təşkilatlarının, QHT-lərin və digər ictimai birliklərin, əsgər anaları təşkilatlarının və övladlarını itirmiş valideynlərin ölüm hadisələrinə və bütövlükdə Ordu quruculuğu proseslərinə biganə yanaşması Silahlı Qüvvələrin daxili institutların lazımi səviyyədə işləməməsi, elmi-tədqiqat işlərinin zəif aparılması
Güc strukturlarının mərkəzi aparatlarının şəxsi heyətlə iş üzrə idarə rəhbərliklərinin ölüm hadisələrinin qarşısının alınması məqsədilə profilaktik və preventiv tədbirlərin təşkilinə məsuliyyətsiz yanaşması
Ordu birləşmələri və briqada qərargahlarında müvafiq vəzifələr tutan general və baş zabitlərin ölum hadisələrinə görə bir qayda olaraq cinayət məsuliyyətindən kənarda qalması
Silahlı Qüvvələrdə korrupsiya hallarının olması, bir sıra tikinti işlərinin hərbi qulluqçuların vəsaitləri hesabına aparılması
Hərbi qanunvericiliyin təkmil olmaması

 

Qeyri-nizamnamə hadisələrindən (o cümlədən intiharlar) itkilərin sayının artmasının əsas səbəbləri hərbi qulluqçuların bilik azlığı, onların psixoloji durumda çatışmazlıq, xidmət stimulunun bir çox hallarda olmaması, xidmətdə laqeydliyin yaranması, daxili tərbiyə sisteminin zəif olmasıdır. 2003-cü ildən bu yana TMS-də itkilərin ümumi sayının – 885 nəfərin 289 nəfərini məhz qeyri-nizamnamə halları təşkil edir. Müşahidələr göstərir ki, 2007-ci ildən etibarən bu tip itkilərin sayının artması tendensiyası davam edir.

Orduda intiharlar müxtəlif səbəblərdən yozula bilər. Araşdırmalar göstərir ki, bu tip itkilərin əsas səbəbi şəxsi heyətin psixoloji vəziyyəti ilə əlaqədardır. Şəxsi heyətin ünsiyyət probleminin olması, cəmiyyətin deqradasiyası, cəmiyyətlə ordu arasında keçidin sağlam olmaması, orduda psixoloq institutunun fəaliyyətində problemlər, dini təsisatın olmaması, sosial təminatın aşağı olması bu tip itkilərə səbəb olur. Məhz 2003-cü ildən bu yana 134 Azərbaycan hərbçisi intihar edərək həyatına son qoyub. Düzdür, son iki ildə Müdafiə Nazirliyində psixoloqların fəaliyyətə başlaması barədə mətbuatda məlumatlar dərc olunur. Lakin hələlik bu təsisat sistemli şəkildə deyil və Silahlı Qüvvələrin və ümumilikdə TMS-i tam əhatə etmir.

Hərbi itkilərin səbəbləri arasında əsas yerlərdən birini məhz müxtəlif qəzalar tutur. Son illər üçün bu çox aktual mövzudur. Araşdırmalar göstərir ki, 2003-cü ildən bu yana 118 hərbi qulluqçu təyyarə və avtomobil qəzasından dünyasını dəyilşib. Əsas səbəblər orduda nəqliyyatın idarə olunması ilə bağlı problemlərin olması, əksər xidməti məsələlərin həllində zabitlərin şəxsi maşınlarından, özəl nəqliyyat vasitələrindən istifadə olunmasıdır. Silahlı Qüvvələrin avtomobil təminatında ciddi problemlərin mövcud olduğuna dair də məlumatlar var.

Mətbuatın yazdığına görə, son bir il ərzində Silahlı Qüvvələrin peşəkar sürücülərlə təmin olunması istiqamətində addımlar atılır. Lakin hələlik bu, bütün SQ-ni əhatə etmir və onun müsbət nəticələri hələlik ortada deyil.

Diqqət çəkən istiqamətlərdən biri də, TMS-də qeyri-müəyyən, naməlum səbəblərdən dünyasını dəyişən hərbi qulluqçularla bağlıdır. Əslində bu yanaşma keçicidir. Hər hansı itki olan zaman bir sıra hallarda rəsmi strukturlar – o cümlədən Müdafiə Nazirliyi və Hərbi Prokurorluq açıqlama verməyə tələsmir və səbəblər cəmiyyət üçün qapalı qalır. Bunların bəziləri sonradan cəmiyyət üçün açıqlanır, amma bir çoxu qapalı olaraq qalır. O səbəbdən bu tip itkilər monitorinq qrupu tərəfindən naməlum hesab edilir. 2003-cü ildən bu yana bu tip itkilərin sayı 38-dir.  Belə hadisələrin kökündə zabit və komandir heyətinin şəxsi heyətə zəif nəzarəti durur. İstintaq işlərinin ciddi aparılmamasına dair məlumatlar mövcuddur.

Bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayının artması diqqət çəkən məsələlərdəndir. 2003-cü ildən bu yana 95 nəfər nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu tip itkilərin baş verməsi səbəbləri arasında ən başlıca yeri şəxsi məsuliyyətsizlik, müxtəlif növ texniki nasazlıqlar, xidmətdən kənar hərəkətlər, hərbi qulluqçulardan şəxsi məqsədlər üçün istifadə olunması və s. durur. Ötən illərdə olduğu kimi, 2015-ci ildə də hərbi qulluqçuların müxtəlif şəxsi tikinti məqsədləri üçün sui-istifadə olunması hallarına rast gəlinir. Son dəfə bununla bağlı məlumat mətbuatda oktyabr ayında işıq üzü görüb, Müdafiə Nazirliyinin son reaksiyası hələlik ortada deyil.

Cəbhə xəttində erməni snayperinin gülləsindən hər il onlarla Azərbaycan əsgəri dünyasını dəyişir və ya yaralanır. 2003-cü ildən bu yana bu tip itkilərin sayı 215 nəfər təşkil edib. Bu tip itkilərin əsas məsuliyyəti Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin boynunda olsa belə, Azərbaycan tərəfinin də çatışmazlıqları müzakirə mövzusudur. Buraya mühəndis-istehkam işlərinin zəifliyi, bir sıra hallarda gecə-gündüz görmə cihazlarının olmaması, şəxsi heyətin biliksizliyi, səngər xəstəliyi və s. daxilidr. Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanması üzrə aparılan siyasi danışıqların iflasa uğraması bu tip itkilərin sayını artırır.

İtkilər in səbəbləri arasında əsas yeri tutanlardan biri müxtəlif növ xəstəliklər və zəhərlənmə hallarıdır. 2003-cü ildən bu yana bu səbəblərdən dünyasını dəyişənlərin sayı 87 nəfəri keçib. Bunun əsas səbəbi hərbi qulluqçuların bir sıra hallarda xəstə çağırışçıların hərbi xidmətə çağırılması, mülki həyatda və xidmət dövründə normal qidalanmaması, orduda milli menyunun olmaması, su və təminat qıtlığıdır. Xüsusilə də TMS-də tibbi təminatla, bu sahədə rüşvət və korrupsiya halları ilə bağlı ciddi problemlərin olduğu haqda mətbuatda bir neçə məqalə dərc olunub.

 

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s