YAP və Qarabağ problemi: 20 ilin nəticələri

Mövcud vəziyyət onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası hakimiyyətinin Qarabağ məsələsində hər hansı uğuru yoxdur. Əgər hər hansı uğurdan söhbət getsəydi o zaman torpaqlarımızın heç olmasa az bir hissəsi işğaldan azad olunar, ciddi orduya malik olardiq.

muharibe

Hətta 20 il öncə ilə müqayisə etsək bele, yenə də YAP-ın Qarabağ məsələsində hər hansı uğuru yoxdur. Eksine problem daha da dərinləşib ve YAP-ın anormal siyasəti cəmiyyətdə ciddi umidsizlik yaradıb. Əksine, YAP hakimiyyətini uzatmaq üçün Qarabağ məsələsindən bir bəhanə kimi istifadə edir. YAP məhz Qarabağ problemini bəhanə gətirib demokratik dəyişikliklərə getmək istəmir və beləliklə də ömrünü uzadır, olkenin milli tehlukesizliyine xelel getirir.

YAP hakimiyyeti dovrunde Ordu quruculuğu

YAP-ın hakimiyyət dövrü Azərbaycanda böyük neft vəsaitlərinin gəldiyi dövrə təsadüf etdiyindən Silahlı Qüvvələr üçün xeyli sayda silah və hərbi texnika alındı. Amma bu, ordu quruculuğu demək deyil. YAP-ın dövründə Azərbaycanda ordu quruculuğunda aşağıdakı əsas problemlər qalır:

Parlament və cəmiyyət qarşısında hesabatlılıq və şəffaflıq yoxdur,
– Xeyli sayda esger olumu var;
– Strateji quruculuq və inkişaf proqramı yoxdur;
– Müdafiə xərcləri israf olunur, rüşvət və korrupsiya mövcuddur;
– Hərbi heyətin ciddi sosial rifah problemləri mövcuddur,
– Silahlı Qüvvələr qarşısına qoyulan məqsədləri yerinə yetirmir və əsas etibarilə siyasi hakimiyyətin qorunmasına xidmət edir.

Növbəti 5 ildə nə dəyişəcək?

Nə qədər ki, YAP hakimiyyətdədir, hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun şəkildə həlli gözlənilmir. YAP-ın indi heç bu istiqamətdə hər hansı proqram və strategiyası belə yoxdur. Hesab edirəm ki, növbəti 5 il ərzində Azərbaycanda ordu quruculuğunda böhran başlaya bilər. Çünki neft pulları azalır və YAP-ın heyata kecirdiyi ordu konsepsiyası (əgər buna konsepsiya demək olarsa) daha çox pul tələb edən konsepsiyadır.

YAP indiyədək keyfiyyətə yox, kəmiyyətə (korrupsiya meqsedli kemiyyet) üstünlük verib. Beləliklə, neft pullarının azalması hesabına YAP kəmiyyəti də azaltmalı olacaq ki, nəticədə ortadali olan-qalan keyfiyyət daha da aşağı düşəcək və bu da özünü Silahlı Qüvvələrin şəxsi heyətinin daha da az sosial təminatlı olmasında göstərəcək. Bütün bunlar isə, işğal altında olan torpaqlarımızın geri qaytarılması hədəfini bir qədər də uzadacaq.
YAP-in hakimiyyetde olduqu her novbeti 5 il yuzlerle esger olumu, umidsizlik ve olkenin milli tehlukesizliyinde helli mumkun olmayan yaralarin yaranmasidir…

Cəsur Sümərinli, Facebook statusu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s