2015-ci ildə Azərbaycanda 38 hərbi qulluqçu dünyasını dəyişib – HESABAT

cdsi1.jpg

Xəzər Hərbi Tədqiqatlar İnstitunun (Caspian Defense Studies Institute) Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin 6 ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 38 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 15-i döyüş (14-ü erməni gülləsi, bir nəfəri mina partlayışı), 23 nəfəri isə qeyri-döyüş itkiləridir.

shehid

Belə ki, 7 nəfər intihar edib, 6 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 4 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 1 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 32-si Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin və 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.
Ötən dövrdə 7 hərbi qulluqçumuz bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 4 hərbi qulluqçu erməni gülləsindən, bir nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, ötən illərlə müqayisədə Azərbaycan ordusunun döyüş və qeyri-döyüş itkiləri kəskin artıb. İnstitut Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda daha artıq ola biləcəyini istisna etmir.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ildə Almaniyada yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir.

Mənbə: “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s