“Müdafiə Nazirliyi hərbçimizə sahib çıxmalıdır” – hərbi təhlilçi

1975-ci il təvəllüdlü Süleyman Bağırov 21 ildir, mina axtaran vəzifəsində xidmət edir. 2014-cü ilin sonlarında özünü pis hiss etməyə başlayır. “Meydan” TV xəbər verir ki, xidmət vaxtı bərk sancısı tutduğundan onu Sarıcalı Hospitalına göndərirlər. 15 gün orada qaldıqdan sonra onkoloji klinikadan ona qara ciyər xərçəngi diaqnozu qoyulur.

Xəbərin əsli burada: http://www.meydan.tv/az/site/politics/5430/M%C3%BCalic%C9%99si-%C3%BC%C3%A7%C3%BCn-evini-sat%C4%B1%C5%9Fa-%C3%A7%C4%B1xaran-h%C9%99rb%C3%A7i-%28V%C4%B0DEO%29.htm

herbci-meydan
Süleyman Bağırovun müalicə xərcləri isə ailəsi tərəfindən qarşılanır.

Ailə demək olar hər gün dərmanlara pul verir. Vəziyyət o həddə çatıb ki, hazırda yaşadıqları evi satışa çıxarıblar. Hərbçi Süleyman Bağırov bu günə qədər hərbi xidmətdən təxris edilməyib. Onun xidmət müddəti may ayında bitəcək deyə hərbi hissədən deyiblər ki, bitəndən sonra ona müavinət ayrılacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı sualı yalnız yazılı şəkildə göndərdikdə cavablandıra biləcəklərini dedi. Amma nə zaman cavab verə biləcəklərini açıqlamadan da dəstəyi asdı. Sorğu Müdafiə Nazirliyinə göndərilib. Nazirlik nə zaman cavablandırsa, o zaman da işıqlandıracağıq
21 il hərbçi kimi çalışan şəxsin indi əlacı yalnız xeyirxah insanların köməyinə qalıb.Sizə bank hesabını təqdim edirik:

herbci-bank

CaspianDefense blogu bildirir ki, “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun təhlilçisi Cəsur Sümərinli məsələ ilə bağlı sosial şəbəkələrdə öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu hadisə ilə bağlı bir neçə məsələyə diqqət etmək lazımdı:

cesur-sumerinli

“Birincisi, hələ də anlaşılmazdır ki, Müdafiə Nazirliyi niyə görə hərbçinin müalicəsini öz üzərinə götürməyib? Xəbərdə bildirilir ki, Müdafiə Nazirliyi xəstə hərbçini hələ tərxis etməyib və ona xidmət etdiyi hərbi hissədən bildiriblər ki, may ayında tərxis olunacaq və bu zaman müavinət alacaq. Hesab edirəm ki, bununla Müdafiə Nazirliyi bir növ xəstə hərbçini və ümumilikdə cəmiyyəti aldadır. Çünki fikrimcə, həmin müavinət o qədər də böyük müavinət olmayacaq, maksimum 2-3 min manat olacaq. Aydındır ki, bu çox az məbləğdir və xəstəliyin müalicəsi üçün kifayət deyil. Digər tərəfdən əsas məsələ odur ki, Müdafiə Nazirliyinin borcudur ki, hərbçinin sağalması üçün lazım olan bütün xərcləri sona qədər qarşılasın. Çünki hərbçilər hərbi xidmətə daxil olanda həyat sığortası alırlar. Beləliklə, indi xidmətdə olan hərbçi xəstə ola-ola ona yardım etmək əvəzinə nağıl danışırlar.
İkincisi, ümumilikdə bu hadisə bir daha təsdiqləyir ki, Azərbaycan Silahlı Qüvvələrində hərbçinin şəxsiyyət kimi heç bir hörməti yoxdu, ona ayrılıqda hər hansı dövlət qayğısı göstərilmir. Bu xəbər onu göstərir ki, mövcud hakimiyyət üçün silah və hərbi texnika daha çox əzizdir, nəinki insan faktoru. Qeyd edilən xəstə hərbçi ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətində məlumatın olmaması və yaxud suallara cavab vermək istəməmələri onu göstərir ki, Müdafiə Nazirliyinin mövcud rəhbərliyi üçün adi bir hərbçinin, əsgərin həyatı o qədər də maraqlı deyil. Əksinə olsaydı, Müdafiə Nazirliyi 4 ay bundan qabaq – xəstəlik aşkar olunan zamanda onun müalicəsi üçün çalışardı və məlumat heç mətbuata çıxmazdı.
Üçüncüsü, bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin tibbi təminatında ciddi problemlərin olduğunu bir daha göstərir. Müdafiə Nazirliyinin Tibb İdarəsinin fəaliyyəti cəmiyyətin qınaq obyektində olmalıdır. Hər il xeyli sayda hərbçimiz yetərli tibbi yardım olmaması səbəbindən dünyasını dəyişir, baxmayaraq ki, tibb avadanlıqlarına və bu istiqamətdə tikintilərə hər il rəsmən on milyonlarla manat vəsait ayrılır.
Hesab edirəm ki, hərbçimiz – Süleyman Bağırovun xilası məsələsi cəmiyyətin diqqətində olmalı, Müdafiə Nazirliyinin rəhbərliyinə ciddi təpki göstərilməlidir. Müdafiə Nazirliyi hərbçimizə sahib çıxmalıdır.
Biz hərbçi ölümlərinin artmasında maraqlı deyilik, kimin maraqlı olduğu isə göz qabağındadır”.

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s