İsveçdə ordu quruculuğunu azad və araşdırmaçı mediasız təsəvvür etmirlər

İsveç ordusunda 14 il ərzində 15 hərbi qulluqçu dünyasını dəyişib

swedish-army

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) „Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda insan haqlarının durumu“ ilə bağlı layihə çərçivəsində müxtəlif Avropa ölkələrindəki anoloji durumun müqayisəsini də həyata keçiriir.

Bu dəfə İsveç Silahlı Qüvvələrində əsgər ölümləri ilə bağlı statistikanı və orduda insan haqları ilə bağlı durumu sizə təqdim edəcəyik.

İldə bir ölüm…

İsveç Silahlı Qüvvələrinin rəsmən açıqladığı məlumata görə, 1995-2008-ci illərdə 15 nəfər çağırışçı müxtəlif hadisələr nəticəsində dünyasını dəyişib. 1956-2014-cü illərdə isə İsveç Silahlı Qüvvələri beynəlxalq hərbi əməliyyatlarda 82 hərbi qulluqçusunu itirib. Onlardan 17 nəfəri döyüş xarakterli vəziyyətlərdə dünyasını dəyişib.

Müqayisə üçün bildirək ki, İsveç Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1995-2008-ci illərdə təxminən 50-55 min nəfər olub və onların 40 minini mükələffiyyətli heyət təşkil edib. İsveç ordusu 2008-ci ildən tam olaraq müqaviləli sistemə keçib, bu səbəbdən itkilərlə bağlı statistika tam dayanıb. Yəni ki, İsveç Silahlı Qüvvələrində əsgər ölümləri artıq problem xarakter daşımır.

Hazırda İsveç ordusunda 50 min nəfərlik müqaviləli heyət xidmət edir və müqaviləli sistemə tam keçid 2018-ci ildə tam olaraq başa çatmalıdır.

İnsan haqlarının durumu

İsveç Silahlı Qüvvələrində insan haqlarının durumu həmişə diqqət mərkəzindədir. Bu istiqamətdə dördbucaq şəkilli bir formul diqqət mərkəzindədir: birincisi – müvafiq komitələri əsas olmaqla parlamentin özü, ikincisi – müstəqil Ombudsman, üçüncüsü – Silahlı Qüvvələr və nəhayət, dördüncü – azad və araşdırmaçı media. Bu förmul İsveç Silahlı Qüvvələrinin şəffaflığını və hesabatlılığını təmin edir. Azad və araşdırmaçı medianın hərbi sirri daşıyan sənədlər istisna olmaqla bütün hərbi sənədlərə çıxışı təmin olunub. Mediada dərc olunan hər hansı məlumat Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən diqqətlə izlənilir və ciddi tədbirlər görülür. İsveçdə ordu quruculuğunu azad və araşdırmaçı mediasız təsəvvür etmirlər.

Beləliklə, son illərin araşdırmaları göstərir ki, İsveç Silahlı Qüvvələrində insan haqlarının pozulması ilə bağlı hər hansı diqqətçəkən bir hadisə baş verməyib. Hazırda bu ölkənin Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların məvacibləri vəzifəsindən, rütbəsindən, xidmət müddətindən asılı olaraq aylıq təxminən 4.000 – 15.000 avro arasında dəyişir.

Mənbə: Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Foto: http://www.armyrecognition.com

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s